Ayə izahı: Nisa surəsi, 155

Əvvəlki ayələrdə kitab əhlinin arasından çıxan inkarçı qövmdən bəhs olunur

Biz əhdə görə dağı (başları) üzərinə qaldırdıq və onlara: “Qapıdan səcdə edərək daxil olun!”– dedik. Biz onlara: “Şənbə günü (qadağanı) pozmayın!”– dedik. Biz onlarla möhkəm bir əhd-peyman bağlamışdıq. (Nisa surəsi, 154)

Onlar bağladıqları əhd-peymanı pozduqlarına, Allahın ayələrini inkar etdiklərinə, peyğəmbərləri haqsız yerə öldürdüklərinə və: “Qəlblərimiz qapalıdır!”– demələrinə görə (lənətə düçar edildilər). Xeyr, küfrləri üzündən Allah onların qəlblərini möhürləmişdir. Onlar olduqca az inanırlar. (Nisa surəsi, 155)

Əvvəlki ayələrdə kitab əhlinin arasından çıxan inkarçı qövmdən bəhs olunur. Həddi aşdıqlarına baxmayaraq, “Nisa” surəsinin 154-cü ayəsində Allahın onları bağışladığı və onlardan əhd aldığı açıqlanır. “Nisa” surəsinin 155-ci ayəsində isə həmin topluluğun verdikləri sözə əməl etməyib inkara sürükləndiyi və peyğəmbərləri haqsız yerə öldürdüyü bildirilir. Başlarına gələn sıxıntı və bəlaların səbəbi də budur.

Bu ayələrin davamında yenə musəvi topluluğundan bəhs olunur və Allah musəvilərdən kafir olanlarla dərin imana sahib olanları ayrı tutur:

Lakin onlardan elmdə qüvvətli olanlar və möminlər sənə nazil edilənə və səndən əvvəl nazil olanlara inanır, namaz qılır, zəkat verir, Allaha və axirət gününə iman gətirirlər. Biz onlara böyük bir mükafat verəcəyik. (Nisa surəsi, 162)

Musəvilərdən kafir olub azğınlıq edənlərin hökmü başqadır. Eynilə müsəlmanların arasındakı kafir və azğınların hökmünün başqa cür olduğu kimi. Lakin Allah ayədə açıq şəkildə səmimi olan musəviləri ayrı tutmuşdur və onlara böyük mükafat verəcəyini bildirmişdir. Allahın mükafat verəcəyini bildirdiyi, cənnətlə müjdələdiyi və təriflədiyi musəvi topluluğunu kim və necə lənətli edə bilər ki?

Allah onları təriflədiyi halda, bir adam necə çıxıb deyə bilər ki, bütün musəvilər lənətlidir və onların hamısını öldürmək lazımdır? Gördüyünüz kimi, xurafatçıların problemi odur ki, onlar Allahı haqqı ilə təqdir etmir, Quranı anlamır və saxta hədislərin tələsinə düşürlər.

Burada əhəmiyyətli mövzuya diqqət yetirək: bir insan inkarçı ola bilər, lakin münafiq olub dindar insanlara problem yaratmadığı, hörmətcil və dürüst həyat sürdüyü müddət daima müsəlmanların qoruması altındadır. Bu da Quranda müsəlmanların öhdəsinə verilən məsuliyyətdir. Lakin həmin ayələrdə lənətlənənlər o şəxslərdir ki, onlar birgə yaşadığı dindar topluluğa xəyanət edir, yəni münafiqlik edir, hətta peyğəmbərləri belə öldürəcək qədər azğın davranırlar. Allah peyğəmbərləri öldürməyi lənətlənmə səbəbi kimi görmüşdür. Eyni zamanda onlar əhdlərini pozan, yəni ikiüzlü şəkildə münafiqlik edib iman edənlərə arxadan zərbə vuran topluluq kimi təsvir olunmuşdur. Bu insanlar hz. Musa və dindar musəvilər üçün də təhdid ünsürü idilər. Yəni həmin inkarçı şəxslər musəvi topluluğun arasından çıxıb inkar etdikləri üçün deyil, Allaha qarşı təqsirkarlığa yol verdiklərinə görə Onun qatında lənətlidirlər. Aradakı fərq çox yaxşı başa düşülməlidir.