Ayə izahı: Nisa surəsi, 125

Nisa surəsi, 125-ci ayə

Nisa surəsi, 125-ci ayə. “Yaxşılıq edərək özünü Allaha təslim edən” Allaha təslim olmaq çox əhəmiyyətli bir şeydir. “Və hənif olan (tövhidi olan, Allahın birliyini müdafiə edən) İbrahimin dininə uyandan daha gözəl dinli kimdir?” Yəni “İslam dininin üstünə başqa din olmaz” deyir, Allah. “Allah İbrahimi dost tutmuşdur”. Hz. İbrahim Xəlil-ür Rəhmandır, inşaAllah. Hz. İbrahimi Allah dost tutmuşdur. Çox gözəl və böyük nemətdir, maşaAllah. “Göylərdə və yerdə nə varsa, hamısı Allahındır. Allah hər şeyi əhatə edəndir”. Danışan hər kəsin səsini Allah yaradır. İnsan özü yarada bilməz. İnternetlə səsli danışdığımız zaman, telefondakı görüntünü də yaradan Allahdır. Kamera, internet və digər hər şey səbəbdir sadəcə. Həqiqətdə görüntü elə telefonun ekranında yaranar, həm görüntü həm də səs eləcə. Bu dərin batini məlumatdır, matriks fəlsəfəsi və kvant fizikası bunu elmi olaraq təsdiq də etmişdir.