Ayə izahı: Nəml surəsi, 18

Nəml surəsi, 18-ci ayə

Nəml surəsi, 18-ci ayə. “Nəhayət qarışqa vadisinə gəldiklərində, bir dişi qarışqa dedi ki: “Ey qarışqa birliyi, öz yuvalarınıza girin, Süleyman və orduları, bilmədən sizi qırıb-keçməsin.” Qarışqalar hz. Süleyman (ə.s)-ın sözünü dinləyir, qarışqalarla əlaqə quran bir gücə sahibdir, yəni qarışqaların da insanların dilindən anladığını Allah göstərir. Bu, xüsusi bir elmdir. Heyvan sevgisinin nə qədər təfərrüatlı olduğu aydın olur. “(Süleyman) Bu sözə görə təbəssüm edib güldü.” Bu da bir sevgi əlamətidir, qarışqaya qarşı şəfqətin əlamətidir, ona olan sevgi ona sevinc verir. “Və dedi ki: “Rəbbim, mənə, ana və atama verdiyin nemətə şükür etməyimi,” Ana və atasını sevməsi, nemətə şükür etməsi, buna diqqət çəkmişdir Allah. “Məmnun olacağın saleh bir əməl etməyi ilham et.” Yəni etdiyim hər cür gözəl fəaliyyəti, hər şeyi sənə borcluyam, sən mənə etdirirsən, Ya Rəbbim deyir, Sən yaradırsan, mən etmirəm, deyir. Hər cür müsbət rəftarı Sən edirsən, Ya Rəbbim deyir. Doğrusu da budur. Bir insan nə edə bilər ki? Beyninin içində görüntünü özü yaradır yoxsa Allah yaradır?

“Və məni rəhmətinlə saleh qulların arasına qat.” Səmimi qulların arasına qat. Allah həmişə səmimiyyət istəyir. Saleh əməl etmək, səmimi olmaq deməkdir. Müsəlmanın ən çox üzərində dayanacağı səmimiyyətdir. Həmişə səmimiyyətə diqqət çəkir Allah. “Quşlara nəzarət etdikdən sonra dedi ki: “Hüdhüdü niyə görə bilmirəm, yoxsa itənlərdən mi oldu?” Hz. Süleyman (ə.s.)-ın eyni zamanda hərbi intizamı da əhəmiyyətli gördüyünü görürük, çünki bir nəzarəti var. Deməli, dövlət idarəsində nəzarət əhəmiyyətlidir, buna diqqət çəkilir və kəşfiyyatda cinlərdən istifadə ediləcəyini də anlayırıq. Hüdhüd cindir, yəni quş görünüşdə bir cindir. Təbii ki, doğrusunu Allah bilir. Çünki, imanla mükəlləf olduğuna görə; quş imanla mükəlləf olmaz. Amma burada imanla mükəlləf olduğu aydın olur.