Ayə izahı: Nəml surəsi, 17

Hz. Süleyman (ə.s) ilk cinlərdən bəhs edir

Hz. Süleyman (ə.s) ilk cinlərdən bəhs edir. İlk olaraq cinlər əmrindədirlər. Hz. Mehdi (ə.s) hz. Süleyman (ə.s)-a bənzəyəcək. Buradan belə çıxır ki, onun da cinlərlə əlaqəsi olacaq, “insanlardan” “və quşlardan” geniş bir kütlə də hz. Mehdi (ə.s)-a tabe olacaq. Məhz bu çox qəribədir, “ordular toplandı və bunlar qruplara ayrıldılar”. Deməli, axırzamanda, quşlara da təsir edəcək bir elm sahəsi inkişaf edəcək. Yəni onları istiqamətləndirə biləcək, onların səslərindən onları fərqləndirən, onların çıxartdığı səsləri istifadə edərək onları istiqamətləndirə bilən bir texnologiya inkişaf edəcək.

Hz. Süleyman (ə.s) nə deyir? “Nəhayət qarışqa vadisinə gəldiklərində bir dişi qarışqa dedi ki: “Ey qarışqa birliyi, öz evlərinizə girin, Süleyman və orduları, fərqində olmadan sizi qırıb-keçməsin. (Süleyman) Bu sözün üzərinə təbəssüm edib güldü və dedi ki: “Rəbbim, mənə, ana və atama verdiyin nemətə şükr etməyimi və məmnun olacağın saleh bir əməldə olmağımı ilham et və məni rəhmətinlə saleh qulların arasına qat”. Burada hz. Süleyman (ə.s)-ın qarışqalara da sevgi göstərdiyi aydın olur. “Bu sözün üzərinə təbbəssüm edib güldü” -deyir. Deməli, qarışqalar o qədər mənasız varlıqlar deyil, arılar o qədər mənasız varlıqlar deyil. Lakin insanlar onun dilini bilmir. Yoxsa onlar öz aralarında xəbərləşirlər. Yəni xəbərləşdiklərini də görürük. Ətraflı şəkildə araşdırıldıqda bunu görmək mümkündür, minlərlə heyvandan ibarət olan bir koloniya xəbərləşmə olmadan idarə oluna bilməz. Böyük bir qarışıqlıq çıxar. Bunlar da inşaAllah axırzamanda ortaya çıxacaq, buna işarə edir inşaAllah.