Rəbbimiz bütün insanlara dünya həyatında lütf edir, onları əsirgəyir və bağışlayır. Allah bu ayədə qeyd etdiyi kimi, kişi və ya qadın bütün həyatını Onun razı qalacağı şəkildə keçirən, Ondan qorxan, Quran hökümlərini yerinə yetirən və din əxlaqının yayılması üçün gecə-gündüz fikri mübarizə aparan saleh qullarına həm dünyada, həm də axirətdə çox gözəl həyatla müjdələmişdir. Möminlər hətta dünyada yaşayarkən belə Cənnətin oxşarı olan rahat həyatla şərəfləndirilmişlər. Axirətini düşünərək hər vəziyyətdə din əxlaqına uyğun yaşayan insan əslində dünyada da ən gözəl və rahat həyatı yaşayar. Çünki mömin insanın yaradılışına uyğun həyat tərzi budur. Möminlər Allahın onların üzərindəki rəhmətini, qorumasını anladıqları və din əxlaqını yaşadıqları üçün dünya həyatının hər anından zövq alırlar. Allah ona tərəf yönələn, Onun qulları üçün seçib bəyəndiyi əxlaqı yaşayan hər mömini əsl xoşbəxtliyə çatdırır. Allah möminlərə səmimi, tərəddüd etmədən axirət yurdunu düşündükləri üçün onlara daima ruzi verir, gözəl və təmiz nemətlər içində yaşadır. Bu nemətlər isə iman edənlərin Allaha şükür edib, Onu anmalarına səbəb olur.
Yaxşılıq edən insanlar, qısa ömürdə etdikləri yaxşılıqların əvəzində axirətin sonsuz gözəlliklərini görəcəklər. Əlbəttə cənnət bənzərsiz ehtişamı, gözəlliyi və sonsuz nemətləri ilə Rəbbimizin qullarına olan böyük mükafatıdır. Rəbbimizin qullarına etdiyi ehsanının, rəhmətinin və sevgisinin çox dəyərli təcəllisidir.

