Nəhl surəsi, 61-ci ayə. “əgər Allah, insanları zülmlərinə görə sorğuya çəkəcək olsaydı, dünyanın üstündə (yer üzündə) canlılardan heç bir şey buraxmazdı.” Yəni; “insanlar o qədər çox səhv edirlər, o qədər çox günaha girirlər ki” deyir Allah, “əgər belə bir vəziyyətdə cəza verilməsi gərəksəydi, dünyanı yerlə bir edərdim” deyir. “Ancaq onları adı qoyulmuş bir müddətə qədər təxirə salır. Onların əcəlləri gəlincə nə bir saat təxirə salına bilərlər, nə də önə alına bilərlər.” Yəni; “taledə nə isə o olar” deyir Allah.
“Onlar özlərinin xoşlamadıqları şeyləri Allaha aid edirlər. Dilləri də yalandan ən gözəl aqibətin onların olacağını söyləyir.” Yəni; “öz xurafatçı, öz anormal düşüncələrinin ən gözəl olduğunu düşünürlər” deyir. “Heç şübhəsiz, atəş onlar üçündür və heç şübhəsiz onlar, (cəhənnəmdə) öndə gedənlərdir.” Yəni cəhənnəmdə əzab çəkəcəklərini ifadə edir Allah.
“And olsun Allaha, səndən əvvəlki ümmətlərə də (elçilər) göndərdik.” Hər dövrdə Mehdilər var. “Lakin, şeytan onlara etdiklərini gözəl göstərmişdir; bu gün də onların vəlisi odur və onlar üçün acı bir əzab vardır.” Yəni, xurafatı, bidatları, islamda olmayan hökmləri onlara gözəl göstərir. Qurana zidd hər şeyi gözəl göstərir. Qumarı, zülmü, əziyyətləri gözəl göstərir.
“Bu gün də onların vəlisi odur” yəni şeytandır “və onlar üçün acı bir əzab vardır. Biz Kitabı ancaq, haqqında ixtilafa düşdükləri şeyi onlara açıqlamağın” istər Tövratda, istər İncildə, istərsə də xurafatçıların ortaya çıxardıqları düşüncələrdə “ixtilafa düşdükləri şeyi onlara açıqlamağın və inanan bir qövmə rəhmət və hidayət olması xaricində (başqa məqsədlə) endirmədik.” Yəni; “azğın olan inancları ortadan qaldırmaq üçün endirdik” deyir Allah. İslamı 73 yerə parçalayanları düzəltmək üçün, doğruya çəkmək üçün. İslamda bidat və xurafatları təmizləmək üçün Quranı təbliğ edin deyir Allah. Bu xurafatları düzəltmək üçün Kitabın endirildiyini, eyni zamanda Quranın bu xüsusiyyəti olduğunu deyir.

