Ayə izahı: Nəhl surəsi, 61

Nəhl surəsi, 61-ci ayə; “əgər Allah, insanları zülmlərinə görə sorğuya çəkəcək olsaydı

Nəhl surəsi, 61-ci ayə; “əgər Allah, insanları zülmlərinə görə sorğuya çəkəcək olsaydı, dünyanın üstündə (yer üzündə) canlılardan heç bir şey buraxmazdı.” Yəni; “insanlar o qədər çox səhv edirlər, o qədər çox günaha girirlər ki”, “əgər belə bir vəziyyətdə cəza verilməsi gərəksəydi, dünyanı yerlə bir edərdim” deyir Allah. “Ancaq onları adı qoyulmuş bir müddətə qədər təxirə salır. Onların əcəlləri gəlincə nə bir saat təxirə salına bilərlər, nə də önə alına bilərlər.” Yəni; “taledə nədirsə o olar” deyir Allah.

“And olsun Allaha, səndən əvvəlki ümmətlərə də (elçilər) göndərdik.” Hər dövrdə Mehdilər var. Yəni elçi olmayan heç bir dövr yoxdur. “Lakin, şeytan onlara etdiklərini gözəl göstərmişdir; bu gün də onların vəlisi odur və onlar üçün acı bir əzab vardır.” Məsələn xurafatı onlara gözəl göstərir. Qumarı, zülmü, əziyyətləri gözəl göstərir. “Bu gün də onların vəlisi odur” yəni şeytandır “və onlar üçün acı bir əzab vardır.”

“Biz Kitabı ancaq, haqqında ixtilafa düşdükləri şeyi onlara açıqlamağın”; istər Tövratda, istər İncildə, istərsə də xurafatçıların ortaya atdıqları məzhəbçi düşüncələrdə “ixtilafa düşdükləri şeyi onlara açıqlamağın və inanan bir qövmə rəhmət və hidayət olması xaricində (başqa məqsədlə) endirmədik.” Yəni; “azğın olan inancları ortadan qaldırmaq üçün endirdik” deyir Allah. Məsələn, təslis inancı səhv inancdır. Allah, bunları düzəltmək üçün Kitab endirildiyini, eyni zamanda bu anormallığı aradan qaldırmaq üçün olduğunu deyir.

“Allah göydən su endirdi, ölümündən sonra yeri onunla diriltdi; eşidə bilən bir birlik üçün bunda həqiqətən bir ayə vardır.” İman həqiqətlərinin vacib olduğunu bildirir, hər insan ilk növbədə iman həqiqətlərini öyrənməli, Allahın əsərləri ilə Allahı tapmalı və ona həqiqi (saxta olmayan) sevgi bəsləməlidir. İman həqiqətlərini öyrənmədən sözdə sevgi isə məzhəblərdə olan uydurma sevgidir, ibadət edərlər, öz məzhəbindəki qaydalara ciddi əməl edərlər amma Allahı dərk etməzlər, ona olan sevgiləri isə saxta sevgidir sadəcə.