Ayə izahı: Nəhl surəsi, 53

Şükür hər şeyin Allahdan gəldiyini bilən insanın Allaha olan sevgisini, təşəkkürünü göstərən

Şükür hər şeyin Allahdan gəldiyini bilən insanın Allaha olan sevgisini, təşəkkürünü göstərən ibadətdir. Gün ərzində Rəbbimizə şükür etməyimiz üçün bir çox səbəb var.

  • Yatdığınız yerdən sizi oyandırıb, təkrar can verən Allahdır.
  • Səhər oyandığınızda nəfəs ala biləcəyiniz havanı var edən Allahdır.
  • Oyandığınızda görməyinizi təmin edən, işığa səbəb olan Günəşi yaradan Allahdır.
  • Aciz şəkildə qalxdığınızda təmizlənməyinizi təmin edən suyu, sabunu, diş pastasını yaradan Allahdır.
  • Günə güclü enerji ilə başlamağınızı təmin edən təmiz və faydalı qidaları yaradan, bunları bədəninizə faydalı hala gətirən Allahdır.
  • İşinizə qısa zamanda çatmağınızı təmin edən avtomobil, avtobus, taksi, gəmi kimi vasitələri yaradan Allahdır.
  • Dolanışığınızı təmin etmək üçün işinizi yaradan Allahdır.
  • Ruzinizi verən, pul qazanmağınızı diləyən Allahdır.
  • Yemək ehtiyacını hiss etdiyinizdə növbənöv yeməklərin olduğu marketləri, ləzzətli yeməkləri, restoranları əmrinizə verən Allahdır.
  • Gün içində sizə faydalı olan hər cür hadisəni yaradan və nəzarət edən Allahdır.

Daha çox sadalaya biləcəyimiz bu nümunələri, qısacası hər anınızı bilən, görən, xəbərdar olan, sizə bütün ehtiyaclarınızı çatdıran Rəbbimiz olan Allahdır. Yaşadığımız hər an şükür etmək üçün vasitədir.