Nəhl surəsi, 26-cı ayə; “Onlardan öncəkilər də hiylə qurmuşdular”. “Daha əvvəlki dəccallar da hiylə qurmuşdular” -deyir Allah. “Sonra Allah onların tikililərini təməlindən dağıtdı,” darvinizmin, xurafatın təməllərini dağıtmaq lazımdır. “Tavanları başlarına uçdu”. “Və əzab onlara gözləmədikləri yerdən gəldi” heç gözləmədikləri bir ölkədən, heç gözləmədikləri bir şəhərdən, heç gözləmədikləri bir insandan darvinizmə, xurafata ən böyük zərbə gəldi.
“Onlar ağacları altından çaylar axan Ədn bağlarına girəcəklər. Orada onların ürəklərinin istədikləri hər şey vardır. Allah müttəqiləri belə mükafatlandırır”. Altından çaylar axar, çünki çay sevgisi insanlarda vardır. Cənnətdə sonsuz diləmə imkanı var. “Sonsuza qədər sonsuz istədiyinizi yerinə yetirəcəyəm” -deyir Allah. “O kəslər ki, tər-təmiz olduqları halda, mələklər onların canını alıb deyirlər: “Sizə salam olsun! Əməllərinizə görə cənnətə girin!” Və xoşluqla ruh sahiblərinin canlarını alırlar. Ruh sahibi öldüyünü anlamaz, onlar zatən cənnətdə yuxudadırlar. Yuxuda Dünyaya gələr, yaşayar və vəfat edərlər. Onların vəfat etməsi yuxudan oyanmadır, ölüm mələklərinin işi yatanları oyatmaqdır. Oyandığı zamanda mələklərin onlara salam verməsidir.
Onlar öz aralarında pıçıldaşaraq bir-birinə: “(Dünyada) yalnız on gün qaldınız!” – deyəcəklər. Biz onların nə danışdıqlarını daha yaxşı bilirik. Onların ən ağıllısı: “Yalnız bir gün qaldınız!” – deyəcək. (Taha surəsi, 103-104)
Allah belə deyəcək: “Yer üzündə neçə il qaldınız?” Onlar: “Bir gün, yaxud günün bir hissəsi qədər qaldıq. Sayanlardan soruş!” – deyəcəklər. (Muminun surəsi, 112-113)
Dünya həyatını insanlar uzun sanarlar, 60-80 il və ya ən çoxu 100 il, amma əslində isə günün bir hissəsidir. Zaman dünya imtahanı üçün özəl yaradılıbdı, axirətdə zaman yoxdur, zaman dayanıbdır, ona görə də zaman nisbidir. Bu qədər qısa dünya həyatı üçün ruhsuz “insanlar” pis əməllər edərlər, dünya metaları qazanmağa çalışarlar, sonsuz axirəti isə unudarlar.

