Peyğəmbərimizə (s) vəhy gələndə, dərin yuxunu xatırladan bir görüntü olurdu. Yəni dərin nəfəs alıb-verməyə başlayırdı və gözünü yumurdu. Peyğəmbərimizin (s) üzərini səhabələr ipək ilə örtürdülər, vəhy gəldiyində və hamımız ağırlıq hiss edirik deyirdilər. Hətta dəvə üzərində ikən gəldiyində, dəvə çökür, heyvan təzyiqin təsiri ilə yerə oturur.
“Ona bu Quranı üstün, olduqca çətin bir güc sahibi olan Cəbrayıl öyrətmişdir. Ki O, görünüşü ilə təəccüblü bir gözəlliyə malikdir”. Yəni Cəbrayıl (ə.s) nəfəs kəsəcək şəkildə gözəldir, Cənnət əhli kimi, çox gözəldir. “Və dərhal doğruldu. O ən yüksək bir üfüqdə idi. Sonra yaxınlaşdı” üfüqdə görünür, “sonra yaxınlaşdı, deyərkən yelləndi”. Cəbrayıl (ə.s) aşağı doğru enir. “Necə ki ikisi, arasındakı uzaqlıq iki yay qədər oldu və ya daha yaxınlaşdı”. Yəni üz-üzə artıq görüşürlər, Cəbrayılı (ə.s), həqiqətən, görür. “Beləcə, Onun quluna vəhy etdiyini vəhy etdi”. Dəqiqliklə söyləyir, yəni görünüb danışır. “Onun gördüyünü könül yalanlamadı”, yəni Cəbrayıl (ə.s) olduğuna dair vicdani olaraq da tam qənaəti gəlir. Yəni, görəsən, cinmi görürəm, görəsən hallusinasiya görürəm demir. Vicdanı qənaətə tam gəlir.
“Yenə də siz gördüyünüz şey üzərində onunla mübahisə edəcəksinizmi?” Sən hallusinasiya görmüş ola bilərsən deyirlər. Bəziləri də deyir ki, sən cin görmüsən, səni cin vurub deyirlər. Peyğəmbərimizə (s) məcnun deyirlər və sən (Əstəğfirullah) ruhi xəstəsən deyirlər. Yəni ağlında bir pozğunluq var, ona görə hallusinasiya görürsən, gördüyün Cəbrayıl (ə.s) deyildir, deyirlər. Allah onların yalan danışdığını söyləyir, doğrusunu izah edir.

