Ayə izahı: Nəcm surəsi, 28

Nəcm surəsi; 28-ci ayə

Nəcm surəsi; 28-ci ayə. “Halbuki, onların bununla əlaqədar heç bir məlumatları yoxdur. Onlar, yalnız zənnə uyarlar.” Xurafatçı dəstəsi zənnə uyur, zənn və təxminlə yalan danışırlar. “Halbuki, həqiqətdə zənn, haqdan yana heç bir fayda verməz.” deyir Allah. Zənn ilə olmaz; açıq hökm, möhkəm hökm lazımdır, uydurmaqla olmaz. “Bu halda sən, Bizim zikrimizə arxa çevirən və dünya həyatından başqasını istəməyəndən üz çevir.” Qurandan ayrılmışdır artıq, xurafata girmişdir. “Dünya həyatından başqasını istəməyəndən üz çevir.” Dünya üçün yaşayan insanlara yaltaqlıq edir. Allah da deyir ki, “Onlardan üz çevirin”.

Xurafatçılar Quranda olmayan haramlarla insanların həyatlarını çox çətinləşdirir, azadlığını əllərindən alırlar. Bu azğın düşüncə tərzinə görə gülmək, musiqiyə qulaq asmaq, ətir vurmaq, stolda yemək yemək, yemək zamanı bıçaq və çəngəldən istifadə etmək haramdır. Qadınlar isə evə həbs edilən, bəzənməsinə, gözəl geyinməsinə icazə verilməyən insanlardır. Onlara görə bəzi heyvanlar lənətlənmişdir. Məsələn, kərtənkələ öldürməyin savab olduğuna inanırlar. Xurafatçılıqda namaz qılmayanın və zəkat verməyənin edamı, oruc tutmayanın həbs edilməsi qanundur. Həyatı gözəlləşdirən hər şeyə, incəsənətə, estetikaya, musiqiyə qadağa qoyurlar. Keyfiyyətli həyat tərzini, azad düşüncələri formalaşdıran, insanların fikirlərini açıq şəkildə ifadə etməsinə kömək edən bütün bu gözəlliklər qadağan edilərək təzyiq altında yaşayan cəmiyyət yaradılır.

Halbuki, İslam şəfqət dinidir və Quranda hökm edildiyi kimi “Dində məcburiyyət yoxdur” (Bəqərə surəsi, 256). Xurafatçıların “dinini dəyişdirəni öldürün!” qanunu İslam əxlaqına tamamilə ziddir. İslam insanlara fikir, ibadət və söz azadlığı verən, hər kəsin hüquqlarını qoruyan və ən əsası insanlara həqiqi hürriyyəti bəxş edən bir dindir. Allah insanlara asanlıq, rahatlıq, sevinc və xoşbəxtlik diləyər. Allah qullarına zülm edən deyil. Allahın seçib bəyəndiyi din insanlara ən rahat, ən xoşbəxt, ən etibarlı, ən keyfiyyətli və ən zövqlü həyatı yaşamağı öyrədir.