Ayə izahı: Ənbiya surəsi, 1

Qiyamət yaxınlaşdı deyir

Qiyamət yaxınlaşdı deyir. Çox az var. 108 il var, Allahu aləm. “Amma onlar hələ də qəflət içində imandan üz çevirirlər”. Küfr əhli heç vaxt qiyamətin gəlməsini istəməz, Quranda vardır. Küfrün ən çəkindiyi şey qiyamətin qopmasıdır. Ya vaxtı uzadar, ya da qiyamət heç yoxdur deyər. “Qiyamətin qopacağını də zənn etmirəm” deyir küfr, ayə var. Ayənin davamında, “Amma olarsa” əgər, “Qiyamət baş verərsə, mütləq xilas olacağımı düşünürəm, cənnətlik olacağımı düşünürəm” -deyir. İndi bizim bu dövrün cahil insanları da, ürəyi qatılaşmış, bədəni qatılaşmış tiplər də bu düşüncəyə sahibdirlər.

“Rəbbindən istənilən bir yeni xəbərdarlıq gəldikdə”, məsələn, axırzaman hədisi deyirsən, İslam Birliyi olacaq, Hz. Mehdi (ə.s) zühur edəcək deyirsən, “Ona istehza edərək, qulaq asmazlar”. Öz axmaq düşüncəsinə görə lağ etməyə çalışar, rədd edər, pis söz deyər, bağırar, çağırar. “Qəlbləri qəflət içində qaldığı halda”, ticarətləri ilə, həyat yoldaşı ilə, uşağının təhsili ilə, iş-gücü ilə, gəliri ilə başı qarışdığı halda. “Zalımlar öz aralarında xəlvətcə pıçıldaşıb deyirlər: “Məgər bu sizin kimi adi bir insan deyilmi?” -deyirlər. “Nə var bunun xüsusiyyətində, Mehdi (ə.s)-a haradan bənzəyir bu” –deyir. Bu elçi ola bilməz deyir. Bu ayə Peyğəmbərimiz (s) üçündür, amma Axırzamana baxır. “Məgər bu sizin kimi adi bir insan deyilmi?” “Mehdi (ə.s) ola bilməz, Mehdi (ə.s) onsuz da gəlməyəcək” -deyir. “Gözünüz görə-görə sehrə mi inanacaqsınız?” “Onun təlqinlərinə mi inanacaqsınız” -deyir. Sehr dedikdə o, təlqin və yaxud hər hansı bir yolla beyninin təsir altında qalması nəzərdə tutulur. “Peyğəmbər dedi: “Rəbbim göydə və yerdə deyilən sözləri bilir. O, Eşidəndir, Biləndir!” “Sizin gizlicə fısıldaşmalarınızı Allah bilir” – Allah ayədə deyir. “Onlar dedilər: “Bunlar qarmaqarışıq yuxulardır!”. Elə indi də hz. Mehdi (ə.s) və İsa (ə.s)-ın gəlişi üçün deyirlər nağıldır, yuxudur bunlar, xəyaldır. İslam Birliyi deyirsən xəyaldır, yuxudur bu, haradan çıxarırsan, deyirlər. “Xeyr, o bunu özündən uydurmuşdur! Xeyr, o, bir şairdir!” Baxın, min cür böhtan və tərbiyəsizlik, küfrün axmaqlığıdır bu.

I “Qoy o, əvvəlki elçilərə göndərilən möcüzələr kimi bizə də bir möcüzə gətirsin”. Necə bir möcüzə? “Başının üzərində bir bulud olsun, bu Peyğəmbər (s.ə.v)-dir desin” deyir, ayə var, Quran ayəsi. “İsbat etsin bizə” -deyir. Mehdi (ə.s) onsuz da mən Mehdiyəm deməyəcək ki, hələ bir sənə də səmadan isbat göndərilsin. Bir də səmadan mələklər onu deyərsə, “mələklər yalan deyir” deyər mi heç Mehdi (ə.s)? Necə desin? Vəhy hökmündə olur onsuz da. Mehdi (ə.s)-a qarşı mübarizə üçün gülünc vəziyyətlərə düşürlər və çox acınacaqlı vəziyyətlərə düşürlər.

“Onlardan əvvəl məhv etdiyimiz məmləkətlərdən heç biri iman gətirməmişdi. İndi bunlar mı iman gətirəcəklər?” -deyir Allah. İmana qarşı müqavimət göstərirlər. İnşaAllah yaxın tarixdə hz. Mehdi (ə.s) və hz. İsa (ə.s) zühur edər və buna inanmayan küfr əhli nə qədər böyük səhv etdiklərini anlayarlar…