Onlar andlarını özlərinə sipər etdilər və (insanları) Allahın yolundan döndərdilər. Onların əməlləri necə də pisdir! (Münafiqun surəsi, 2)
Münafiqlərin sipərə ehtiyacı var, Quran buna diqqət çəkir. Münafiq Quranı sipər edər, hədisi sipər edər, İslam alimlərini sipər edər. Onların arxasından müsəlmanlara yaxınlaşar və müsəlmanlara hücum edərkən də Quranı şərh edərək, alimlərin sözlərini təhrif edərək və öz məqsədinə uyğun hala gətirərək hücum edər. Peyğəmbərimiz (s) zamanında da elə idi. Quran ilə hərəkət edirdilər. Amma Quranı istifadə edərkən dillərini əyib bükürdülər. Ayədə də o ifadə edilir. “Dillərini əyib bükərlər” deyir. Yəni öz mənfəətinə uyğun hala gətirir. Məsələn, Peyğəmbərimiz (s) deyir ki, “cihada çıxaq; təbliğ etməyə, İslamı yaymağa”, münafiqlərsə ona cavab olaraq, “Ya Rəsulullah ailəmiz var”, ya da başqa bəhanələr gətirərlər. Münafiq deyər, “Yaxınlarınızı qoruyun deyə ayə var, əgər icazə versəniz, mən bu ayəni tətbiq etmək istəyirəm” və cihada qatılmaz. Yaxşı, cihad nəyi əmr edir? Bütün müsəlmanları qurtarmağı əmr edir. Münafiqsə, “Mən ailəmi qurtarmaq istəyirəm” deyir. Ailəni niyə qurtarmaq istəyirsən? “Çünki miras qalacaq, yemək bişirəcək, gedib yatacaq, rahatlayacaq, onu təhlükələrdən qoruyacaq. Cihadda nə var? Təhlükə var, ac qalmaq var, susuz qalmaq var, yaralanma var, həbs edilmək var. Münafiq bunu istəməz. Münafiq onsuz da Allaha xidmət etmək istəməz, dinə xidmət etmək istəməz. Onun üçün də bu cür bəhanə və yalanlar uydurar.

