“Həqiqətən, Mənim ayələrim sizə oxunurdu, lakin siz topuqlarınız üzərində geri dönürdünüz.” Çox mənalıdır; geriyə dönmək, xurafatçılıq deməkdir. Xurafatçılar Quranı qəbul etməzlər, Qurandan narahat olarlar. Məzhəbçilərdə xurafata çox əhəmiyyət verər. “Buna (ayələrimə) qarşı böyüklük göstərərək; gecə vaxtı sayıqlamalar sərgiləyirdiniz.” Xurafatlar, əlavələr, bidatlar. Gecə yarısı Qurana əlavə edir, çıxarma edir. “Onlar, yenə də o sözü (Quranı) gərəyi kimi düşünmədilərmi?” Allah daima Qurana diqqət çəkir. Quranın yetərli olması qəbul edilməzsə, fəlakətlər heç vaxt bitməz
“Yoxsa onlara, keçmişdəki atalarına gəlməyən bir şey mi gəldi?” Xurafatın digər izahıdır, vəhyə əsaslanmır. “Haradan çıxdı bu məlumat?” deyir Allah. “Ya da öz elçilərini tanımadılarmı ki, indi onu inkar edirlər?” Çünki Peyğəmbər (s) elə bir şey deməmişdir. Belə bir vəhy yoxdur, belə bir hökm yoxdur. Peyğəmbər (s) adından yalan uydururlar. “Yaxud: “Onda bir dəlilik var” deyirlər?” İlk etdikləri şey budur. Allah yolunda mübarizə aparan insanlara dəlilik iftirası atarlar.
“Xeyr, o, onlara haqq ilə gəlmişdir və onların çoxu haqqı çirkin qarşılayırlar.” Haqla gəlmək, həmişə doğrunu deyir deməkdir. Quran kifayətdir deyirik, bunlar xurafatdır deyirik, Məzhəbçi xurafatçılar “saxtakardır” deyirik, isbat edirik, amma zombilər, “Xeyr, o, onlara haqq ilə gəlmişdir və onların çoxu haqqı çirkin qarşılayırlar.” Qəbul etmirlər deyir. Bu ayənin əbcədi 2022 tarixini verir. Mehdiyyətə işarə edir.
“Əgər haqq, onların həva (istək və ehtiras)larına uyğun olsaydı,” yəni xurafatçıların dediyi kimi olsaydı, “heç müzakirəsiz, göylər, yer və bunların içində olan hər kəs (və hər şey) məhv olardı” deyir Allah. Yəni dünya irticaya təslim edilmiş olsa, məhv olarsan, azğın münafiq, fırıldaq saxtakarlar həyatı cəhənnəmə çevirərlər. Nə incəsənət qalar, nə elm, nə sevgi, nə şəfqət, nə dostluq, nə yoldaşlıq. Tam bir cəhənnəm olar.
I “Xeyr, Biz onlara öz şan və şərəf (zikr)lərini gətirmişik.” Yəni Quranı. “Biz onlara Quranı gətirdik” deyir Allah. “Lakin onlar öz zikrlərindən üz çevirirlər.” “Quranı bəyənmirlər” deyir Allah. Xurafata dönürlər, öz ağıllarına görə hərəkət edirlər. “Yoxsa sən onlardan mükafat mı istəyirsən?” deyir Allah. “Pul istəyirsən, gəlir mi istəyirsən, heç bir şey istəmirsən” deyir Allah. “Məhz Rəbbinin mükafatı (dünya və axirət hədiyyəsi) daha xeyirlidir.” Allahın dünyada verəcəyi nemətlər və axirətdə verəcəyi nemətlər daha xeyirlidir. “O, ruzi verənlərin ən xeyirlisidir” deyir Allah.
“Həqiqətən, sən onları doğru yola çağırırsan.” İslama, Qurana çağırırsan. Bu ayənin əbcədi də yenə mehdiyyətin dövrünü verir.
Muminun surəsi, 53-cü ayə; “Ancaq onlar dini məsələlərdə firqələrə (məzhəblərə) bölündülər.” Müxtəlif məzhəblər, müxtəlif inanclar halında böldülər. “Hər bir qrup, öz əllərində olanla kifayətlənib sevinir.” Yəni ən doğru yolda olan mənəm, deyir. Halbuki, tək kitaba bağlı olmaları lazımdır. Qurana bağlı olub məzhəbləri ləğv etmək lazımdır. Hz. Mehdi (ə.s) gəldikdə, “ən böyük mücəddid, həm ən böyük müştəhid, həm hakim, həm mehdi, həm mürşid, həm qütbü əzəm olaraq” deyir Bədiüzzaman, “bir şəxs-i nuranini göndərəcək, o da Əhli-Beyti Nəbəvidən olacaq” deyir, inşaAllah. O Bütün məzhəb və təriqətləri ləğv edəcək, islamı əslinə döndərəcək, inşaAllah. Tək islam, tək din olacaq, bütün saxta hədislər və təfsirlər ləğv ediləcək. Hər kəs Quran müsəlmanı olacaq, Əsri Səadət dövründə kimi, inşaAllah.

