Ayə izahı: Muminun surəsi, 99-100

Muminun surəsi, 96-cı ayə

Muminun surəsi, 96-cı ayə. “Pisliyi ən gözəl olanla uzaqlaşdır; Biz, onların aid etdikləri sifətləri daha yaxşı bilirik.” Pisliyi ən gözəl olanla necə uzaqlaşdırarsan? Elmlə, məlumatla, sevgi ilə izah edərək, razı salaraq. Ən gözəl olanla; pis sözlə, qışqırıqla deyil. “Və de ki: “Rəbbim, şeytanın vəsvəsələrindən Sənə sığınıram.” Şeytan münafiqlərə vəsvəsə verər, dəccala vəsvəsə verər, xurafatçılara vəsvəsə verər. “Onlardan sənə sığınıram, Ya Rəbb” deyirik. Müsəlmanın şəxsən özünə də şeytan mənfi vəsvəsə verə bilər, hamısından Allaha sığınacağıq.

“Və onların mənim yanımda olmalarından da Sənə sığınıram, Rəbbim.” Yəni iblis ordusu. Müsəlmanlara dəccalın adamlarının (qara klan) yanaşması; təsir etməsi. Televiziya verilişləri, internet saytları, sosial media proqramlarında müsəlmanların əleyhinə fəaliyyət göstərər. Darvinizmi, materializmi izah edər, ateizmi izah edər. “Hamısından Sənə sığınıram” şəklində müsəlman dua edir.

“Sonunda, onlardan birinə ölüm gəldiyi zaman, deyər ki: “Rəbbim, məni geri qaytar.” Ölüm gəldiyində küfr hər dəfə bunu deyir. Mələklər canını almağa gəlincə anlayır. Məsələn, döyərək canını alırlar. Qışqırır; “məni geri qaytarın” deyə, “mən rəftarımı düzəldəcəyəm” deyir. Yəni “belə əxlaqsızlıq etməyəcəyəm” deyir. “Darvinizmə, materializmə inanmayacağam. Allahın bir olduğuna inandım. Məni geri qaytarın, müsəlman olduğumu göstərmək istəyirəm” deyir. “Ki, geridə buraxdığım (dünya)da saleh əməllər edim.” “Səmimiyyətimi göstərim” deyir, “dönüb yaxşı bir insan olduğumu göstərmək istəyirəm, mənə vaxt verin” deyir. Allah deyir ki, “əsla”. Reinkarnasiyaya inananlar var; “dönərik”, “belə olarıq, elə olarıq”, “geri gəlirik.” Elə bir şey yoxdur. Allah nə deyir? “Əsla.” Əsla nə deməkdir? Qeyri-mümkündür. “Həqiqətən bu, yalnız bir sözdür, bunu da özü deyir. “Onların önlərində, dirildilib qaldırılacaqları günə qədər bir maneə (bərzax) vardır.” Çünki başqa aləmə alınmışdır. Öldüyü an başqa aləmə alınır, qiyamətə düşürlər ruhsuz zombilər. Artıq o aləmdən bu aləmə keçə bilməz. O bərzaxı keçə bilməz, mümkün deyil.