“Bu təhdid, bizə və bizdən əvvəlki atalarımıza” yəni “ bu, onsuzda qədim dinlərdə də vardır “ deyirlər, yəni “ölüm, ölümdən sonra dirilmə; biz buna inanmırıq.” deyirlər. “Bu, keçmişlərin uydurma nağıllarından başqa bir şey deyildir.” “Bunlar bir əfsanədir” deyirlər, “yəni belə qədim mifoloji məlumatlardır. Buna görə əfsanədir. Bunların bir həqiqəti yoxdur” küfr əhli deyir.
“De ki: “Əgər bilirsinizsə (söyləyin:) Yer üzü və onun içində olanlar kimindir?” “Allahındır” deyirlər. “mən Allahı qəbul edirəm; dini qəbul etmirəm” deyir. Elə tiplər də vardır. İndi Quran ona diqqət çəkir. “Allahındır” deyəcəklər.
“De ki: “Əgər bilirsinizsə (söyləyin:) Hər şeyin mələkutu (mülk və rəhbərliyi) kimin əlindədir? Ki O, qoruyarkən Özü qorunmur.” Allah, hər kəsi qoruyur, amma Özü qorunmur. Allah Müstağni olduğu üçün, güc sahibi olduğu üçün. “Allahındır” deyəcəklər. De ki: “Elə isə necə olur ki, ovsunlana bilirsiniz?” deyir Allah. Dəccaliyyətə diqqət çəkir. Dəccal hipnoz ilə bunu əldə edir. Çünki, Allahın varlığına hər kəs əmindir, inanırlar. “Allah var, amma din yoxdur” deyir. Allah varsa, var olduğuna görə, hər şey bir səbəblə yaradılmışdır.
Axırzamanda insanlar dəccaliyyətin etdiyi hipnozun təsirindədirlər. Dəccal internet ilə, media ilə, insanları hipnoz edir, alt şüurlarına mesajlar yükləyir, insanlarsa bunu dərk etmirlər. Məsələn halalı haram göstərir, haram olanı isə halal göstərir, homoluğu leqal göstərir, insanları qurandan uzaqlaşdırır. Bunu edərkən də, qara klan olan, öz ordusundan istifadə edər, onlar cübbəli din adamları, TV də danışan din alimləri, hər məzhəbdə və təriqətdə olan şeyxlər. Hətta son dövrlərdə çıxan “Quranilər” adı ilə guya özlərini “Quran müsəlmanı” kimi göstərib amma əslində sələfi təsirində olan, qurandakı bir çox hökmü məzhəblərə görə anlayan, Mehdiyyəti və Axırzamanı qəbul etməyən yeni qurulmuş məzhəbdə dəccala xidmət edir. Mömin gərək oyanıq ola, hər incə detala diqqət elə, şeytan insana dost kimi yaxınlaşar, əslində isə məqsədi başqadır, öz tərəfinə çəkmək üçün vəsvəsələr verərlər.

