Ayə izahı: Muminun surəsi, 66-67

Muminun surəsi, 66-cı ayə

Muminun surəsi, 66-cı ayə. “Ayələrim sizə oxunurdu, lakin siz arxa çevirirdiniz.” Çox mənalıdır; geriyə dönmək, cəhalət. Cahillər Quranı qəbul etməzlər, qısacası Qurandan narahat olarlar. Cahillər xurafata çox əhəmiyyət verər. “Siz ona (Qurana) qarşı təkəbbürlənərək gecə vaxtı toplaşıb həqiqətə uyğun olmayan sözlər söyləyirdiniz.” Xurafatlar, əlavələr, çıxarmalar. Gecə yarısı Qurana əlavə edir, çıxarma edir. “Onlar sözü (Quranı) heç düşünmürlərmi?” Allah daima Qurana diqqət çəkir. Əgər Quranın yetərli olması qəbul edilməzsə, fəlakətlər heç vaxt bitməz.

“Yoxsa onlara ata-babalarına gəlməyən bir şeymi gəldi?” Xurafatın digər izahıdır. Bir vəhyə əsaslanmır. “Haradan çıxdı bu məlumat?” Allah deyir. “Ya da öz elçilərini tanımadılarmı ki, indi onu inkar edirlər?” Çünki Peyğəmbər (s) elə bir şey deməmişdir. Belə bir vəhy yoxdur, belə bir hökm yoxdur. Peyğəmbər (s) adına yalan uydururlar. “Yaxud: “Onda bir dəlilik var” deyirlər?” İlk etdikləri şey budur. Allah yolunda mübarizə aparan adama ilk başda dəli olduğunu iddia edirlər. “Xeyr, o, onlara haqq ilə gəlmişdir və onların çoxu haqqı çirkin qarşılayırlar.” Haqla gəlmək həmişə doğrunu deməkdir. Mehdi (ə.s) gələcəksə, mütləq Mehdi (ə.s) gələcək deyir. İsa (ə.s) gələcəksə, gələcək deyir. Quran kifayətdir deyirsən, məsələn xurafatları deyirsən, sənə “saxtakar” deyirlər. “Xeyr, o, onlara haqq ilə gəlmişdir və onların çoxu haqqı çirkin qarşılayırlar.” Qəbul etmirlər deyir ayədə. Əbcədi 2022-ci il tarixini verir. Mehdiyyətə işarə edir.

“Əgər haqq onların arzu və istəklərinə uysaydı,” yəni xurafatçıların dediyi kimi olsaydı, xurafata uyğun olsaydı, “göylər, yer və onların içindəkilər mütləq fəsada məruz qalardı” deyir Allah. Yəni dünya irticaya təslim edilmiş olsa, məhv olarsan, azğın münafiq, fırıldaq saxtakarlar həyatı cəhənnəmə çevirərlər. Nə incəsənət qalar, nə elm, nə sevgi, nə şəfqət, nə dostluq, nə yoldaşlıq. Tam bir cəhənnəm olar. “Xeyr, Biz onlara Zikrlərini (Quranı) gətirdik.” Yəni Quranı. “Biz onlara Quranı gətirdik” deyir Allah.

I “Ancaq onlar Zikrlərindən üz çevirirlər.” “Quranı bəyənmirlər” deyir Allah. Xurafata dönürlər, öz ağıllarına görə hərəkət edirlər. “Yoxsa sən onlardan bir mükafat tələb edirsən?!” deyir Allah. “Pul mu istəyirsən, gəlir mi istəyirsən, heç bir şey istəmirsən” deyir Allah. “Rəbbinin mükafatı daha yaxşıdır.” Allahın dünyada verəcəyi nemətlər və axirətdə verəcəyi nemətlər daha xeyirlidir. “O, ruzi verənlərin ən yaxşısıdır” deyir Allah.

Muminun surəsi, 53-də; “Ancaq onlar dini məsələlərdə firqələrə bölündülər.” Müxtəlif məzhəblər, müxtəlif inanclar halında böldülər. “Hər bir firqə öz əlindəkinə görə sevinib qürurlanır.” Yəni ən doğru yolda olan mənəm, deyir. Sevinirlər deyir Allah. Halbuki, tək kitaba bağlı olmaları lazımdır. Qurana bağlı olub məzhəblərin də ləğv olması lazımdır.