Ayə izahı: Muminun surəsi, 61-62

Muminun surəsi, 61-cı ayə

Muminun surəsi, 61-cı ayə. “Məhz onlar, xeyirlərdə yarışırlar.” Xeyirlərdə yarışmaq necə olar? Var gücü ilə hər kəs ən yaxşını əldə etməyə çalışacaq. “Və onlar buna görə önə keçirlər.” Deməli, dünyada bir yarış, təqva yarışı var, inşaAllah. Allah bir sirr verir; “Heç kimə güc çatdıracağından artığını yükləmərik.” Allahın heyrət ediləcək bir möcüzəsidir. Allah heç kimə güc çatdıracağından artığını yükləmir. “Əlimizdə haqqı söyləyən bir kitab vardır.” Taledə bu yazılmışdır, Allah deyir. “Və onlar heç bir haqsızlığa məruz qalmazlar.”

“Həqiqətən, Mənim ayələrim sizə oxunurdu, lakin siz topuqlarınız üzərində geri dönürdünüz.” Quran ayələri oxunurdu, lakin siz topuqlarınız üzərində geri dönürdünüz, deyir. Kimlər geri dönər? Bunu xurafatçılar, məzhəbçilər edər. Quranı qəbul etmirlər, xurafatı qəbul edirlər. Onların “alimləri” saatlarla xurafat izah edir, insanlarda xurafatı ağzı açıq dinləyir.

“Həqiqətən, sən onları doğru olan yola çağırırsan”. “Əgər haqq onların arzu və istəklərinə uysaydı,” yəni Qurandan başqa bir vəziyyət olsaydı, “göylər, yer və onların içindəkilər mütləq fəsada məruz qalardı.” İndi dünyada nə oldu? Atmosfer, ozon təbəqəsi belə pozuldu. Göylər, yer; dünya pozuldu, yer üzü ərazisi pozuldu, torpaqlar quraqlaşdı, eroziya başladı. “Bunların içində olan hər kəs (və hər şey) məhv olmağa məruz qalardı.” İnsanlar pozuldu, heyvanlar pozuldu, mühit pozuldu. “Xeyr, Biz onlara Zikrlərini (Quranı) gətirdik. Ancaq onlar Zikrlərindən üz çevirirlər.” deyir. Allah deyir, Qurandan üz çevirirlər. Allah dəccaliyyət dövrünü izah edir. “Yoxsa sən onlardan bir mükafat tələb edirsən?! Rəbbinin mükafatı daha yaxşıdır. O, ruzi verənlərin ən yaxşısıdır. Həqiqətən, sən onları doğru yola dəvət edirsən.” Mehdiyyətin yoluna, Haqqın yoluna, Quranın yoluna, inşaAllah. “Axirətə inanmayanlar isə doğru yoldan çıxırlar.” Allah deyir.