Muminun surəsi;111-ci ayə. “Bu gün Mən həqiqətən, onların səbir etmələrinin qarşılığını verdim.” Səbir etmək çox zəruridir. “Şübhəsiz onlar, “qurtuluşa və xoşbəxtliyə” çatanlardır.” Həm qurtuluş, həm xoşbəxtlik, bütün ömür səbirlə keçəcək, inşaAllah. Allah “Dedi ki: “Say olaraq yer üzündə nə qədər qaldınız? dedilər ki: “Bir gün, ya da bir gündən daha az qaldıq, sayanlardan soruş.” “Çox az qaldıqlarını düşünürlər. “Bir gün belə olmadı deyirlər,” Bir gündən daha az qaldıq deyirlər, bir ömür qaldıqları halda. Allah “Dedi ki: “Yalnız az (bir zaman) qaldınız, həqiqətən bir bilsəydiniz,” “Çox az qaldınız” deyir, amma buradakı ifadə, Allahın ifadəsi ayrıdır “Yalnız az (bir zaman) qaldınız, həqiqətən bir bilsəydiniz” Allah qatında bir saniyə, hətta daha qısa, normalda bir an qalır insanlar. An nə qədərdir? Riyazi olaraq hesablamayan sonsuz qısa zaman. Allah ona zaman hissi verir, onu uzun ömür kimi görür. Bütün kainatın ömrü sonsuz qısa zaman içərisində bitmişdir.
“Bizim, sizi boş bir məqsədlə yaratdığımızı” yəni “əylənin, alış-veriş edin, dedi-qodu edin, internetdə vaxt keçirin, serialları izləyin deyə yaratdığımızı” “və həqiqətən Bizə döndürülüb gətirilməyəcəyinizi mi sanmışdınız?” deyir, Allah.
“Haqq məlik olan Allah çox Ucadır, Ondan başqa ilah yoxdur; Kərim olan Ərşin Rəbbidir. Kim Allah ilə birgə ona bağlı etibarlı qəti bir dəlil (burhan) olmadan başqa bir ilaha tapınsa,” xristianlara xitab edir Allah həm də. “Artıq onun hesabı Rəbbinin qatındadır. Şübhəsiz, inkar edənlər qurtuluşa çata bilməzlər. Və de ki: “Rəbbim, bağışla və mərhəmət et, Sən mərhəmət edənlərin ən xeyirlisisən.” İncil və Tövratda təhrif olunmuş yerlər vardır, Qurana zidd cümlələr. Mehdiyyət dövründə hz. İsa zühur edəndən sonra İncil və Tövratın orijinalı yazılacaqdır, indi dəyişdirilmiş olanlar ləğv ediləcəkdir. Hz. İsanın bir özəlliyi də foto yaddaşa sahib olmasıdır, gördüyün və oxuduğu heç nə unutmaz. Öz dövründə oxuduğu Tövratı və əzbərə bildiyi İncili olduğu kimi kitab halına salacaqdır, inşaAllah.

