Ayə izahı: Muminun surəsi, 105-106

Quran islamını yaşamayan insanlar heç cür xoşbəxtliyi tapa bilməz

Quran islamını yaşamayan insanlar heç cür xoşbəxtliyi tapa bilməz. Həmişə Allah inancıyla, Allah sevinciylə, iman sevinciylə xoşbəxt olmaları lazım ikən, bədbəxt və pessimist bir halda olub beyinlərini məşğul edirlər. Beyinin funksiyaları itir. Yəni beyinin içində imana uyğun sevinc olması lazımdır. Kədər içində olan bir beyin imana qarşı daha bağlı olur. Beyinin anlayışı dayanar. Onsuz da qəmginlik imanla ziddiyyət təşkil edir. Yəni sevinc yoxdursa, həyəcan yoxdursa, imanda bir xəstəlik vardır. Narahatlıq vardır. “Bədbəxtliyimiz bizə üstün gəldi, biz azan birlikmişik. Rəbbimiz, bizi (atəşin) içindən çıxar, əgər yenə (inkara) dönsək, artıq, həqiqətən, zalım kəslər olarıq”. Allaha, yəni sən bizi, “bir dəfə daha sına” deyirlər. Allah “Deyər ki: “Onun içinə girin və Mənimlə danışmayın”. Yəni cəhənnəmin içinə daha çox girin və mənimlə danışmayın. “Çünki” , “həqiqətən, Mənim qullarımdan bir qrup: “Rəbbimiz, iman etdik, Sən artıq bizi bağışla və bizə mərhəmət et, Sən mərhəmət edənlərin ən xeyirlisisən”, deyərdilər, onlara lağ etmişdiniz”.

Eyni zamanda bəzi insanlar ayələri dediyimiz insanlar məzhəblərin uydurma təfsirlərinə və saxta hədislərə üstünlük verərək qəbul etmirlər. Əgər ayənin tərsini deyən hər hansı bir fikri qəbul edirsə, o zaman ayəni inkar edir deməkdir, çünki bir-birinə zidd 2 söz varsa, birini qəbul etdikdə digərini inkar etmiş sayılır. Bunu belə dərk etmirlər. Dünyadakı müsəlmanların demək olar hamısı, hələdə Quran islamdan uzaq, xurafat və bidatlarla dolu ayrı din olan məzhəbləri və təriqətləri yaşayırlar, eyni zamanda dindən uzaq fasiq həyatı yaşayanlar da çoxdur. Həqiqi iman edənlərsə yalnız Allahın göndərdiyi Qurandakı islamdır, inşaAllah. Allahın Rəsulu (s) da bu islamı yaşamış və təbliğ etmişdir. Amma münafiqlər Rəsulullahın da sözlərini dəyişmiş və öz uydurma dinlərinə uyğunlaşdırmışlar. Təbii ki, buna uyğun da Quran tərcümələri etmiş və Quran təfsirlərini öz saxta dinlərinə uyğun etmişlər.

Öz əlləri ilə kitab yazıb sonra da onunla bir az pul əldə etmək üçün: “Bu, Allah dərgahındandır!” – deyənlərin vay halına! Öz əlləri ilə yazdıqlarına görə onların vay halına! Qazandıqlarına görə də onların vay halına! (Bəqərə surəsi, 79)