“Möminlər, həqiqətən də, nicat tapmışlar;” Yəni qurtuluş tapmışlar, xilas olmuşlar. “O kəslər ki, namazlarında mütidirlər”. Yəni namazlarında ürəkləri rahat olur, boş şeylərlə başı məşğul olmur, amma namazda insanın ağlına bəzi şeylər gəlir, bu vəsvəsə olaraq gəlir, onlar əhəmiyyət verməsinlər. Lakin namazda diqqət Allaha veriləcək. “O kəslər ki, boş şeylərdən qaçırlar”. Deyək ki, boş filmlər, boş söhbətlər, internetdə boş yazışmalar, mənasız, heç bir məqsədi olmayan hərəkətlər, möminlər bunları etməkdən çəkinməlidirlər.
“O kəslər ki, zəkat verirlər”. Gücü çatdığı qədər Allah yolunda xərcləmək, yəni gücü çatdığı qədər, fövqəladə bərəkət gətirər. Məsələn, quyunun suyunu çəkdikcə daha çox gəlir, çəkdikcə daha çox gəlir, yeni su gəlir daha gözəli gəlir. Amma suyu oradan çəkib götürməsən xarab olar, iylənər. Mal da belədir axdıqca, pul da axdıqca Allah zənginlik, bərəkət, bolluq və gözəllik verir, hamısının üstündə Allahın razılığını qazanarsan.
“O kəslər ki, öz cinsi orqanlarını (ismətlərini) həmişə qoruyurlar”. Yəni qeyri-qanuni əlaqəyə girməzlər. Amma indi “ismətini qorumaq” deyərkən bunun əhatə dairəsi də genişdir. Biz dünyadakı mömin qardaşlarımızı, mömin bacılarımızı, oradakı uşaqları, küfrün əlinə təslim edib, oradakı haqq yoldan azmışların əlinə təslim edib, sonra da cihad edib, Allah yolunda cəhd edib onları qurtarmağa çalışmazsaq, möminlərin ismətini qorumamış olarıq. Bax, ismətini demir, “ismətlərini”, bütün möminlərin ismətini qorumaq. Namusunu, şərəfini qorumaq, bizim üzərimizə fərzdir. Müsəlmanın namusuna xələl gətirməyəcəyik, inşaAllah. Bunun üçün nə etmək lazımdır? İslam Birliyini meydana gətirmək. Müsəlmanların ismətini qorumaq ancaq İslam Birliyi ilə olar. İslam Birliyi olmadıqda bütün müsəlmanların isməti, namusu tapdalanarkən seyr edilsə, bu haram olar. Dünyanın hər tərəfində müsəlmanların isməti, namusu, həyatı pərişan edilir. Məhv edilir müsəlmanlar. Dininə, imanına hücum edilir, o da bir iffətdir. Dini mentalitetə hücum edilirsə, orada da sənin namusun əldən gedər. Həll yolu çox asandır, Müsəlmanların Birliyi, İslam Birliyidir.

