Ayə izahı: Mücadilə surəsi, 19

Münafiqin bütün mənliyi şeytan olmuşdur

Münafiqin bütün mənliyi şeytan olmuşdur.

Şeytan işin sonuna gəldiyində, “mən Allahdan qorxuram” -deyir. Əgər elədirsə, bütün insanları azdıracağam, deyirsən, Allahdan qorxursansa, niyə insanlara doğrunu izah etmirsən, Allahdan qorxmalarını söyləmirsən? Hər kəsin Allahdan qorxmalı olduğunu niyə demirsən. Tam münafiq xarakteridir, şizofreniya xarakteri olduğu üçün dara düşdükdə, ən son anda bunu söyləyir.

Münafiqlər şeytanın insan formasıdır. Allah bir ayədə; “məhz onlar şeytanın firqəsidir…” (Mücadilə surəsi, 19) deyə bildirmişdir. Münafiqlər şeytanın, insandan əmələ gəlmiş firqəsidir. Ayənin davamında isə Allah, “diqqət yetirin; şübhəsiz ki, şeytanın firqəsi ziyana uğrayanlardır” deyə buyurmuşdur. Şeytan da firqəsi olan münafiqlər də sonunda mütləq ziyana uğrayacaqlar.

Digər bir ayədə isə; “sonra onların yanına önlərindən və arxalarından, sağlarından və sollarından soxulacağam. Onların əksəriyyətini şükür edən görməyəcəksən” (Əraf surəsi, 17) sözləriylə, şeytanın azdırmaq istəyəcəyi insanlara necə yaxınlaşacağı bildirilmişdir. Görünməz bir varlıq olan şeytan, (maddə olaraq) insanlara önlərindən və arxalarından, sağlarından və sollarından yaxınlaşabilməz. Bu hiyləgərliyi onun üçün, şeytanın “insan formasındakı təcəlliləri olan münafiqlər” yerinə yetirirlər. İnsan görünüşünə bürünmüş şeytanlar olaraq, insanları doğru yoldan, İslama tabe olmaqdan, Quran əxlaqını yaşamaqdan, müsəlmanlarla birlikdə olmaqdan uzaq tutmağa çalışarlar.

Yaxşılarla pislərin mübarizəsində şeytan görünməz qüvvədir. Bunun üçün şeytanla mübarizə aparmaq o qədər asan deyil. İman əhli olduqca diqqətli olmalıdır. Münafiq şeytandan daha da şiddətlidir. Çünki insan görünüşündədir. Şeytan təkcə pıçıldayar, o danışar, yəni açıq-aşkar danışar. Hər yerdə danışar. Həmçinin şeytanlığını gecə-gündüz etməyə cəhd edər. Buqələmun kimidir münafiq. Hər yerin formasını alar. Hər mühitin formasını alar. Hara getsə ora uyğunlaşar. Dərin dövlətlərlə əlaqə yaratdısa onların adamı olar, müsəlmanların arasına gəldisə müsəlman kimi görünər. Başqa bir növü görsə onların formasını alar, hər formanı ala bilər

I … Əbdülqadir Gilani bir sözündə münafiqləri müsəlmanlara belə tanıtmışdır:

“Münafiqlər, şeytanın insan cildinə və müsəlman örtüyünə bürünmüş xidmətçisidir. Bunlar yalnız, Quran bəsirəti ilə, iman fərasəti ilə və peyğəmbərlik dürbünü ile görülüb bəlli olar. Əsil mərifət mömini və ya kafiri deyil, münafiqi tanımaq və xalqdan bir çox itaətkarı və hamisi olan bu müzirmərəzliləri (zərərli xəstələri) cəmiyyətə tanıdıb onları xəbərdar etməkdir.”

Əbdülqadir Gilani bu sözü ilə, münafiqin həm “insan görünüşündə bir şeytan”, həm də “şeytanın, müsəlman təqlidi edən bir xidmətçisi” olduğunu bildirmişdir. Münafiq məhz bu hiyləgər üsuluyla şeytanın əldə etmək istədiyi hər yeri asanlıqla əldə edə bilir və şeytanın orada danışaraq etmək istədiyi hər şeyi, onun üçün edir. Çünki münafiq, bu mənada apardığı hiyləgər mübarizədə şeytandan daha üstündür. Şeytan, insanların yalnız beyinlərinə təsir edə bilər. Münafiqin isə fiziki müdaxilə etmək imkanı da var. Şeytan kimi insanların yalnız zehinlərinə pıçıldayaraq deyil, birbaşa rəftar və danışıqları ilə, aktiv olaraq da onlara təsir etməyə çalışar.

Məhz buna görə də, münafiq “zəhərli varlıq”dır. Lakin münafiqin “müsəlman cildinə bürünərək” hiyləgərcəsinə özünü gizlətməsi daha böyük təhlükədir. İnkarçılarında bir çox xüsusiyyəti münafiqə bənzəyər. Münafiqi anlayıb müəyyənləşdirmək isə çətindir. Çünki münafiq çox hiyləgər, ikiüzlü və saxtakar varlıqdır. Xüsusi olaraq yaradılmış, şeytani və xəbis məxluqdur. Onu anlaya bilmək üçün, Əbdülqadir Gilaninin ifadə etdiyi kimi, “peyğəmbərlik durbini, Quran bəsirəti və iman fərasəti” lazımdır. Yəni münafiqin alçaq xarakterini, ancaq səmimi iman gətirən, ağıl, fərasət, bəsirət sahibi müsəlmanlar müəyyənləşdirə bilərlər.