Mömin surəsi, 4. “Allahın ayələri mövzusunda inkar edənlərdən başqası mübarizə aparmaz.” Yəni; “dinə, İslama qarşı bütün gücləri ilə mübarizə apararlar” deyir Allah, “yazılı olsun, şifahi olsun, fiziki olsun mübarizə apararlar” deyir. “Elə isə onların şəhərlərdə gəzməsi səni aldatmasın.” Yəni; “onların nümayiş göstərməsi, küçələrdə hərəkət etmələri səni aldatmasın” deyir.
“Özlərindən əvvəl Nuh qövmü də yalanladı və özlərindən sonrakılarda. Hər ümmət, öz elçilərini (susdurmaq üçün) tutmağa cürət etdi.” Hz. Mehdi (ə.s)-ın da niyə tutulacağını, niyə həbsə atılacağını biz buradakı ayədən anlayırıq. “Hər ümmət bunu mütləq etdi” deyir Allah. “Haqqı, onunla qüvvədən salmaq üçün, “batilə əsaslanaraq” mübarizəyə girişdilər.”
“Rəbbimiz, onları Ədn cənnətlərinə sal ki, onlara (bunu) vəd etdin; atalarından, yoldaşlarından və soylarından saleh olanları da.” Deməli, insanlar ruh ekizi həyat yoldaşları ilə cənnətə gedirlər. “Yoldaşlarından və soylarından saleh olanları da.” Yəni səmimi olanları da. “Həqiqətən Sən, üstün və güclü olansan, hökm və hikmət sahibisən.” Allahın üstün və güclü olması möminlər üçün bir nemətdir. “Sən onları pisliklərdən qoru” hər cür çətinlikdən. “O gün Sən, kimi pisliklərdən qorumusansa, həqiqətən ona rəhmət etmisən. Məhz böyük “qurtuluş və xoşbəxtlik” budur.” Ölümdən sonra Allahın verəcəyi rahatlıq və hüzur Quranda nemət olaraq ifadə edilmişdir.
“Çünki siz, imana çağırıldığınız zaman inkar edirdiniz. Dedilər ki: “Rəbbimiz, bizi iki dəfə öldürdün və iki dəfə diriltdin; biz də günahlarımızı etiraf etdik. İndi çıxış üçün bir yol varmı? “Çıxış üçün bir yol yoxdur, təbii ki.” “Sizin (vəziyyətiniz) belədir. Çünki bir olan Allaha çağırıldığınız zaman inkar etdiniz. Ona ortaq qoşulduğunda inanıb-təsdiqlədiniz.” Məsələn; “Darvinizmə, materializmə, xurafata inandınız” deyir Allah, “təsdiqlədiniz, qəbul etdiniz.” “Artıq hökm, Uca, böyük olan Allahındır.” O, sizə ayələrini göstərir və sizin üçün göydən ruzi endirir. Səmimi (Allaha) yönələndən başqası öyüd alıb-düşünməz.” Öyüd alıb düşünmək üçün “səmimi Allaha yönəlmək, çox səmimi olmaq lazımdır” deyir Allah.

