Məkkədə müşriklər vardı, Məkkə müşrikləri. Peyğəmbərimizə qarşı mübarizə edirdilər. Münafiqlər vardı, Peyğəmbərimizə qarşı ayrı bir məscid qurmuşlardı, Dırar məscidi. Peyğəmbərimizə qarşı və təqva iddiasıyla, İslam və Quran adına ortaya çıxdılar. Daha təqvalı olduqları iddiasıyla ayrı bir məscid düzəltdilər.
“Əbu Ləhəbin əlləri qurusun, qurudu da!” Deməli, Axırzamanda da belə müşriklər olacaq. Əbu Ləhəb kimi Mehdiyə qarşı mübarizə aparacaq, bir müşrik, azğın müşriklər çıxacaq. Din adına, Allah adına da iddiada olacaq, lakin müşrikdir, yəni saxtakardır. Allah onun bədənində quruma yaradır. Yəni Allah bədən üzvlərində bir pozulma yaradır.
“Nə mal-mülkü, nə də övladları ona bir fayda verdi”. Bu münafiq də müsəlmanları aldadaraq Allah adınaymış kimi özünü göstərərək mal yığır. Və qazandıqları özünə bir fayda vermir, çünki xəstədir, yeyə bilmir, boğazından keçmir. Allah yediklərini boğazından çıxarır. Yəni müsəlmanlardan aldığı pulu da yeyə bilmir. Malı yığır, o da, mal da bir işinə yaramır, buna işarə edir. “O, alovlu bir oda girəcəkdir. Arvadı da odun daşıyan olaraq (oda girəcəkdir).”. Yəni bu adam da odun kimidir, buna da işarə edir. Yoldaşı, yəni buna dəstək olan kim olsa, ona da bir işarə var. Yəni buna dəstək olan, qoruyan. “Boynuna bir ip bağlanmış olaraq”. Məsələn, bu ayə 70 min sarıqlıya da işarə edir. Başlarına sarıq bağlayır, amma ip kimidir, o sarıq eyni zamanda onun boynuna dolanmışdır. Sarıq eyni zamanda bir ipdir. Parçadan əldə edilmiş bir ipdir.

