Ayə izahı: Məryəm surəsi, 52-53

Məryəm surəsi, 52-ci ayə; “Ona Turun sağ tərəfindən səsləndik və onu (özüylə) gizlicə danışmaq

Məryəm surəsi, 52-ci ayə; “Ona Turun sağ tərəfindən səsləndik və onu (özüylə) gizlicə danışmaq üçün yaxınlaşdırdıq.” Hz. Musa (ə.s)-a Tur dağının sağ tərəfindən. “Onu (özüylə) gizlicə danışmaq üçün yaxınlaşdırdıq.” Bu da çox dərin mənası olan Qurandakı bir ifadədir. Ona Rəhmətimizdən qardaşı Harunu da bir peyğəmbər olaraq hədiyyə etdik.” Allah ona nemət olaraq hz. Harun (ə.s)-ı ona təqdim edir.

“Kitabda İsmayılı da zikr et. Çünki o, vədinə sadiq idi.” Müsəlman vəd etdiyində vədinə sadiq qalacaq, Allah buna diqqət çəkir. “Və göndərilmiş (Rəsul) bir peyğəmbər idi. Xalqına, namazı və zəkatı əmr edirdi.” Zənn edirlər ki, namazı yalnız Peyğəmbərimiz (s) gətirmişdir. Bütün peyğəmbərlər də, hz. Adəm (ə.s) da daxil, eynilə bizim qıldığımız namazı qılırdı. “Namazı və zəkatı əmr edirdi.” Bütün peyğəmbərlər də zəkatı əmr etmişlər. “Və o, Rəbbi qatında özündən razı olunan (bir insan)dı.” Allahın bir insandan razı olması çox əhəmiyyətlidir. “O da razı olunan bir insan idi” deyir.

“Kitabda İdrisi də zikr et. Çünki o, doğru olan bir peyğəmbər idi.” Allah tək-tək Peyğəmbərləri izah edir. Biz də indi hz. İdris (ə.s)-ı zikr edirik, yəni yada salırıq. “Çünki o, doğru olan bir peyğəmbər idi.” Yalan danışmır, dürüst idi. Allah həmişə doğruluğun, dürüstlüyün, səmimiyyətin üzərində dayanır. “Biz onu uca bir məkana (mövqeyə) yüksəltmişdik.” Onun xüsusi bir mövqeyi var. Hz. İsa (ə.s) kimi, xüsusi bir mövqe. “Biz onu uca bir məkan (mövqeyə) yüksəltmişdik.” “Məhz bunlar; özlərinə Allahın nemət verdiyi peyğəmbərlərdəndir; Adəmin soyundandırlar.” Deməli, bütün ruh sahibləri hz. Adəm (ə.s)-ın soyundandırlar, hamısı bacı-qardaşdırlar.

“Doğru yola çatdırdıqlarımızdan və seçdiklərimizdəndirlər” Doğru yola çatdıran Allahdır. Peyğəmbərlər də Allah tərəfindən seçilir. İstəməklə Peyğəmbər olunmaz, Allahın seçməsi lazımdır.

I “Onlara Rəhmanın ayələri oxunduğunda ağlayaraq səcdəyə qapanarlar.” Peyğəmbərlərin xüsusiyyəti, çox dərin imana sahibdirlər, ağlayaraq səcdəyə qapanırlar. Bu eşqdən, Allah sevgisindən olar. O qədər dərin imanları var ki, o qədər ürəkləri coşur ki, ağlayaraq səcdəyə qapanırlar, sevinc göz yaşıdır.

“Sonra onların arxasından elə nəsillər törədi ki, namaz (qılma həssaslığın)ı itirdilər.” Əsrimizə yəni dəccaliyyətin hakim olduğu bu əsrə baxır. İnsanların böyük bir hissəsi, dünyanın 99%-i namaz qılmır. “Və şəhvətlərinə uydular.” Şəhvət demək, dünyəvi hər cür mənfəət, hər şey deməkdir. Sırf cinsi əlaqə deyil. “Beləcə, bunlar azğınlıqlarının cəzasıyla qarşılaşacaqlar.” Allah, “azğınlıqlarının qarşılığıyla cəzalandıracağam” deyir. “Ancaq tövbə edən, iman edən,” tövbə etmək çox əhəmiyyətlidir. Müsəlman “əstağfirullah” deyib tövbə edəcək. “Ya Rəbb, məni bağışla deyəcək, Allah bizləri bağışlasın” deyəcək. “İman edən,” son dərəcə imanlı olacaq, səmimi Allaha iman edəcək, “və saleh əməllərdə olanlar (onların xaricindədir); məhz bunlar, cənnətə girəcəklər və heç bir şeylə zülmə məruz qalmayacaqlar.” Dinin təməlinə baxmaq lazımdır. Dinin təməlində doğru olmaq vardır, insanlara zülm etməmək; yaxşı əxlaqlı, gözəl əxlaqlı olmaq vardır. Gözəl əxlaqlı olanlar Allahın razılığını qazanıb, cənnətə girirlər və sonsuz yaşayırlar.

“Ədn cənnətləri (onlarındır) ki, Rəhman (olan Allah, onu) Öz qullarına qeybdən vəd etmişdir.” Görünməz olaraq vəd etmişdir. Ədn cənnətləri görünmür, başqa bir aləmdədir, amma Allah; “sizə vəd etdim” deyir. “Şübhəsiz, Onun vədi yerinə gələcəkdir.” “Mütləq bu vədimi yerinə yetirəcəyəm” deyir Allah. “Cənnətdə boş bir söz eşitməzlər; yalnız salam eşidərlər” təhlükəsizlik olar, hər yerdə təhlükəsizlik var. Dünyada həmişə qorxu vardır. Daima öldürülmə qorxusu, yaralanma qorxusu var, böhtan qorxusu var, lağ olunma qorxusu var, səhv etmə qorxusu var, xəstəlik qorxusu var. Heç biri cənnətdə yoxdur. Yalnız güvən var, təhlükəsizlik var; yəni təhlükəsizlik hakimdir.