“Ey Rəbbim! Artıq sümüklərim zəifləmiş,” yaşlandıqca kalsium miqdarı sümüklərdə azalır. İnsan kiçilməyə başlayır və əriyər sümükləri. “Və baş, yaşlılıq alovu ilə alovlandı”, yəni saçlarda da ağarma olur. Mütəşabih ayədir. “Ey Rəbbim! Sənə etdiyim dua sayəsində heç vaxt bədbəxt olmamışam”. Allaha çox dua etmək lazımdır. Hər şeyi Allahdan istəmək lazımdır.
“Ey Zəkəriyya! Səni Yəhya adlı bir oğulla müjdələyirik. Biz bu adı ondan öncə kimsəyə qoymamışıq!” -deyir. Onun adının bənzəri yoxdur deyir Allah. “O dedi: “Ey Rəbbim! Zövcəm sonsuz bir qadın ikən, özüm də qocalığın son həddində olduğum halda necə mənim övladım ola bilər?” Demək ki, cinsi gücün yaşla əlaqəsi yoxdur. Allah istərsə qocalığın son həddində belə çox güclü edər. Bəzi insanlar elə hesab edirlər ki, Allahın qaydaları qanunların xaricinə çıxa bilməz. Əksinə, Allahın dediyi olar, inşaAllah.
“O dedi: “Ey Rəbbim! Mənim üçün bir əlamət müəyyən et”. Allah buyurdu: “Əlamətin budur ki, sən sağlam ikən üç gecə adamlarla danışmayacaqsan!” Bunun mütləq bir hikməti vardır. Bu qarşılaşılacaq bir hadisədir. Baxın, “üç gecə adamlarla danışmayacaqsan!” üç tam gecə. “O, mehrabdan öz qövmünün qarşısına çıxıb onlara işarə ilə başa saldı ki: “Səhər-axşam Allaha təriflər deyin!” Bir səhər, bir axşam olduğu kimi, yaxud səhərdən axşama qədər təsbih edin mənasına da gəlir.
“Yəhyaya da: “Ey Yəhya! Kitabdan möhkəm yapış!” – deyə vəhy etdik. Biz ona uşaq ikən hikmət bəxş etdik”. İslam əxlaqının dünya hakimiyyətinin tarixini verir. Tam hakimiyyət, Əbcədi 2067-ci ildir, hz. İsa Məsihin də vaxtı, Qızıl dövrün bərqərar olduğu vaxt. “Ey Yəhya! Kitabdan möhkəm yapış!” –deyə vəhy etdik. Biz ona uşaq ikən hikmət bəxş etdik”. Gözəl nitq, İlahi kəlamı gözəl şərh etmə, gözəl ifadə, gözəl natiqlik. “Üstəlik Öz tərəfimizdən sevgi həssaslığı” coşğun bir sevgi var hz. Yəhya (ə.s)-da qeyri-adi bir sevgi. Allahın təcəllilərinə qarşı içində fövqəladə bir sevgi var.
I “Məryəmin aşağı tərəfindən (bir səs) onu səsləyib dedi: “Qəm yemə”, Allah haram edir qəmginliyi, möhkəm ayədir. Kədərlənmək və hüzn müsəlmana haramdır və möhkəm olaraq Allah ona əmr edir. “Qəm yemə” -deyir. “Rəbbin sənin ayağının altından bir bulaq axıtdı”, demək ki, burada bir işarə var. Xurmanın olduğu bir yer, xurma budağının olduğu bir yer, ağaclıq bir yer, alt tərəfində bir arx, su axır. “Xurma ağacının gövdəsini özünə tərəf silkələ ki, üstünə yetişmiş, təzə xurma tökülsün”. Təzə yetişmiş, təzə xurma. Köhnə meyvədə vitamin dəyəri daha aşağıdır. Təzə olan meyvəyə Quran diqqət çəkir. Təzə meyvənin yeyilməsinə diqqət çəkir. Buradan anlaşılır ki, hz. İsa (ə.s) 25 dekabrda anadan olmamışdır, çünki Xurma yetişdiyi zamanda doğulubdur, təxminən iyun ayı. Hz. İsa (ə.s) zühur etdikdən sonra bu da dəqiq ortaya çıxacaqdır, inşaAllah

