Məryəm surəsi, 39-cu ayə. “İş(in) hökmə bağlanıb bitəcəyi, həsrət gününə qarşı onları xəbərdar et.” Allah deyir ki: “Sağalmaz həsrətə qapılacaqlar.” Səmimi olmadıqları üçün, dürüst olmadıqları üçün, din haqq olduğu halda, hər şeyin doğru olduğunu bildikləri halda, anlamazdan gəldikləri üçün, xurafat və məzhəblərdən əl çəkmədikləri üçün, “sağalmaz həsrətə qapılacaqlar” deyir Allah. “Onlar qəflət içindədirlər və onlar inanmırlar.”
“Əlbəttə” deyir Allah, qətilik ifadəsi “yer üzünə” yəni bütün dünyaya, “və üzərindəkilərə” bütün sistemlərə “əlbəttə Biz varis olacağıq və onlar Bizə qayıdacaqlar.” Dünya hakimi olacaqsınız, deyir Allah. Hz. Mehdi (ə.s) və tələbələrinə xitab edilir, inşaAllah.
“Kitabda İbrahimi də zikr et.” Allah hz. İbrahim (ə.s)-ı xatırladır. “Həqiqətən o, doğrunu söyləyən bir Peyğəmbər idi.” Daim dürüst idi, Peyğəmbərlər heç yalan danışmazlar. İnsanların çoxu yalan danışar, amma Peyğəmbərlər yalan danışmazlar. Yalan danışmamaq çox böyük bir nemətdir. Bir insanla danışarkən, yalan danışacağından təxmini əmin olaraq insanlar danışır, böyük bir hissəsi elədir, bu, çox pis şeydir.
“Necə ki, atasına demişdi ki: “Atacan”“ Baxın, gözəl bir üslubla, atacan. “Eşitməyən, görməyən və səni hər hansı bir şeydən müstəqilləşdirməyən şeylərə niyə tapınırsan?” deyir. Xurafatçıların ilahlaşdırdıqları insanlar, darvinistlərin ilahlaşdırdıqları atom. Hz. İbrahim (ə.s) da bu mövzuya diqqət çəkir. “Atacan, həqiqət budur ki, mənə, sənə gəlməyən bir elm gəldi.” Vəhy gəldi, deyir. “Artıq mənə tabe ol, səni düz bir yola çatdırım.” Səni qurtarmaq istəyirəm, deyir. “Atacan, şeytana qulluq etmə.” Dəccala uyma. “Şübhəsiz şeytan, Rəhman (olan Allah)a qarşı gələndir.” Səni də Allaha qarşı edər, pis yollara sürüyər, deyir.
“Atacan, həqiqətən mən, sənə Rəhman tərəfindən bir əzabın toxunacağından qorxuram.” Allahın sənə bir bəla verməsindən qorxuram, deyir. “O zaman şeytanın vəlisi olarsan.” Şeytanın adamı olarsan, əvvəldən səni xəbərdar edirəm, deyir.
I “(Atası) Demişdi ki: “İbrahim, sən mənim ilahlarımdan üz çevirirsənmi?” Mənim inancımdan, mənim düşüncəmdən ayrılırsanmı? “Əgər (bu hərəkətinə) bir son verməsən, and olsun, səni daş-qalaq edəcəyəm.” Daş-qalaq edib öldürmək, ən faciəvi ölüm şəkillərindən biridir.
“Uzun bir müddət məndən uzaqlaş, (bir yerlərə) get.” Mənə yaxınlaşma, deyir. Öz övladını daş-qalaq etməklə təhdid edir və uzaqlaş, deyir. Övladlar məhz buna görə atalarından ayrılırlar. Baxın, nə deyir, “Uzun bir müddət məndən uzaqlaş.” Artıq eyni inancda deyildirlər, hicrət etməsi lazımdır. “…(bir yerlərə) get. (İbrahim:) “Salam üzərinə olsun” Baxın, yenə nəzakətlidir. “Sənin üçün Rəbbimdən bağışlanma diləyəcəyəm, çünki, O, mənə qarşı çox lütfkardır” Allah səni bağışlasın, Allah lütfkardır, deyir. Hz. İbrahim (ə.s) yenə deyir ki: “Sizdən və Allahdan başqa tapındıqlarınızdan qopub-ayrılıram.” Bu inancı əsla qəbul etmirəm, qopub ayrıldım, sizdən əlaqəmi kəsdim, deyir.
“Və Rəbbimə dua edirəm. Ümid edilər ki, Rəbbimə dua etməklə bədbəxt olmayacağam.” Dua etdiyində, duanı Allah qəbul edir, çox qəribə bir sistem var. Məsələn, dua çox əhəmiyyətlidir, insanlar duanı o qədər anlaya bilmirlər. Dua etdiyində, Allah duanı qəbul edir, böyük rahatlıq və gözəllikdir. Dünya dua üzərinə dönər, bütün sistem duaya əsaslanır.
“Beləliklə, onlardan və Allahdan başqa tapındıqlarından qopub-ayrılınca…” Mən darvinist, materialist olmaq istəmirəm, xurafatçı, dinsiz olmaq istəmirəm, deyir. Mənə icazə verin, mən bu evdə artıq sizlərlə birlikdə otura bilmərəm, deyir ailəsindən ayrılır, hicrət edir. Zombilərə haqqı izah edə bilmirik, insan anasını, atasını buraxar heç? deyirlər. Dinsizsə nə etsin, dinsizliyə təşviq edirlərsə nə etsin? Başqa bir yol var mı? Təbii ki, ayrılacaq, Əshabi-Kəhf kimi. “Qopub-ayrılınca ona İshaqı və (oğlu) Yaqubu hədiyyə etdik və hər birini peyğəmbər etdik.” Hz. İshaq (ə.s) və hz. Yaqub (ə.s), inşaAllah.

