Məhəmməd surəsi 29; “Yoxsa qəlblərində xəstəlik olanlar elə hesab edirdilər ki, Allah onların kin-küdurətini üzə çıxarmayacaq?” Təbii ki, münafiqlərə də baxır ayə. Çünki münafiqin qəlbində onsuz da xəstəlik var. Amma bir də qəlbində xəstəlik olub da əməlində göstərməyənlər var, yəni onlar mütləq bir gün mütləq kinlərini ortaya çıxaracaqları bir vəziyyət olar. Məsələn, müsəlmanlara hücum olarsa, münafiqlər dərhal qaçar. Yəni münafiq sıxıntıya dözə bilməz. Ona görə rahatlıq vaxtı münafiq xarakterli kəslərin, yəni ürəyində xəstəlik olanların yaxşı davranması çox əhəmiyyətli deyil. Çətinlik anında təhlükəli ola bilər. Ona görə ürəyində xəstəlik olanı, ürəyindəki xəstəlik davam edərkən müalicə etmək çox əhəmiyyətlidir.
Yəni necə olsa bir şey olmaz demək, doğru deyil. Çünki sıxıntı anında əgər xəstədirsə, büruzə verər. O artıq təhlükəli bir məxluqa çevrilər. Ona görə müalicəsi mümkün ikən; nə olacaq bundan bir şey çıxmaz deməyib müalicə etmək lazımdır. Çünki, başqa cür çox təhlükəli olarlar.
Allah Bəqərə surəsi, 204-də münafiqlər üçün deyir ki: “Onun bu dünya həyatında danışdığı sözlər səni heyran edər. O, qəlbində olana Allahı şahid göstərər…” Yəni ürəyindəki əxlaqsızlığa baxmayaraq, namussuzluğa baxmayaraq münafiq Allahı şahid gətirir, Allah adına söyləyir, ayə ilə, Quranla danışır. “Əslində o, ən qatı düşməndir” -deyir Allah. Normal bir düşmən deyil, ən azğın düşməndir. Əzab verici bir kini var, münafiq gecə-gündüz müsəlmanlara necə zərər verməli olduğunu düşünür. Münafiqin tək hədəfi müsəlmanlardır.
Axırzamanda da Mehdi (ə.s) camaatının münafiqləri, ən şiddətliləridir. Yəni son 1400 ilin ən şiddətli münafiqləri Mehdi (ə.s) dövründə olan münafiqlərdir. Peyğəmbərimiz (s)-in münafiqləri, ən şiddətli olanlar onlardılar. Sonrakı şiddətlilər də, 1400 il sonra Mehdi (ə.s) dövrünün münafiqləridir. Çox şiddətlidir yəni. Və vaxt keçdikcə daha da Allah şiddətlərini ortaya çıxarar. “Ona görə Mehdi (ə.s) daima təmizləyər, münafiqlər buğdaya düşmüş qurdlar kimidirlər” -deyir. Təmizləyər, yenə gələrlər. Ən axırda tərtəmiz buğdalar qalar, deyir. 313 tələbəsi qalar.

