“Dini yalan sayanı gördünmü?”. Kommunistlər, Darvinistlər, Ateistlər, deistlər və s. hamısı dini yalan sayır.
“Yetimi itələyib-qovan, yoxsulu doyurmağı təşviq etməyən odur”. Yetimi, 1-ci dünya müharibəsində, 2-ci dünya müharibəsində də yüz milyonlarla yetim meydana gəldi və onlar həmişə itələnilib, qovuldular. Alman əsgərləri olsun, faşistlər olsun, kommunistlər olsun, onları sürgünə apardılar, bunların böyük bir hissəsi yollarda öldü və tələf oldu, yüz milyonlarla yetim insan. Kommunizm, faşizm yoxsulları da pərişan etdi. Və aclıqdan milyonlarla insan öldü.
Allah “(Bu) namaz qılanların vay halına” deyir, yenə Axırzamana diqqət çəkir, “Ki onlar, namazlarında yanılmadadırlar, nümayiş etməkdədirlər” tənbəlliklə namaza qalxır, məsələn Allahı xatırlayarkən tənbəllik edir, dindən ancaq nümayiş olaraq istifadə edir. Quran, Axırzamanda bəzi insanların dindən öz mənfəətləri üçün istifadə edəcəyinə diqqət çəkir. Məsələn, “din alimiyəm” deyir, amma müsəlmanları hörmətdən salacaq söhbətlər edir, müsəlmanların əleyhinə danışır. “Allahı çox zikr etsəniz, yaxşı yatarsınız” deyir, “yuxu gətirər” deyir. “Quran da sizə yuxu gətirər” deyir. Və ya “müsəlmanlar bir-birinə borc verməsin” deyir, məsələn, müsəlmanları bir-birinə sanki düşmən kimi göstərir.
Allah bunu qəbul etmədiyini söyləyir. “Və heç kimi yoxsulu yedirtməyə təşviq etməz”. Yəni müsəlmanların bir-birinə kömək etməsinə mane olur və ya təşviq etmir. “Onlar namazlarına səhlənkar yanaşırlar” deyir. Yəni nümayiş etdikləri üçün, yəni səmimi deyillər, namazda səmimi olmaq lazımdır. Yəni Quran müsəlmanın səmimi olması lazım olduğuna işarə edir. Namazı insanların görmədiyi yerdə də qılmaq. Səmimi olaraq, ixlasla, Allaha könüldən boyun əyərək qılmaq, dinə xidmət edərkən malını, mülkünü və bütün imkanlarını dinə təqdim etmək. Yəni din ona bir mənfəət verməyəcək, o dinin mənfəətləri üçün öz imkanlarından istifadə edəcək.

