Ayə izahı: Maidə surəsi, 44

Həqiqət budur ki, Biz Tövratı, içində bir hidayət və nur olaraq endirdik.” Deməli, Tövrat

“Həqiqət budur ki, Biz Tövratı, içində bir hidayət və nur olaraq endirdik.” Deməli, Tövrat insanların hidayətinə səbəb olur və bir nurdur. Haqq olan hissələrin xüsusiyyəti budur. Təhrif olmuş hissələri etibarsızdır, amma etibarlı olan hissələri hidayət və nurdur.

“Təslim olmuş peyğəmbərlər, musəvilərə onunla hökm edərdilər. Məlumatlı rəhbərlər (Rəbbaniyun) və yüksək alimlər də (Ahbar), Allahın Kitabını qorumaqla vəzifəli olduqlarından,” Tövratı qorumaqla vəzifəli olduqlarından, “və onun üzərinə şahidlər olduqlarından (onunla hökm edərdilər.) Elə isə insanlardan qorxmayın, Məndən qorxun və ayələrimi az bir dəyərə qarşılıq satmayın.” İnsanlardan qorxmaq haramdır, Allahdan qorxmaq lazımdır, Quranın bir hökmüdür bu. “Və ayələrimi az bir dəyərə qarşılıq satmayın.” Quranın hökmlərini dəyişdirməyin, yerinə xurafatlar qoymayın, Allahın hökmünə qarşı bütpərəst inanclar uydurmayın.

“Kim Allahın endirdiyi ilə hökm etməzsə, məhz onlar, kafir olanlardır.” Quran əxlaqına uymadığınızda, Qurana görə hərəkət etmədiyinizdə küfr içində olarsınız deyir Allah. “Onların ardından yanlarındakı Tövratı təsdiqləyici olaraq Məryəm oğlu İsanı göndərdik.” Yanlarında Tövrat var. “Tövratı təsdiqləyici olaraq Məryəm oğlu İsanı göndərdik.” Haqq hissələri təsdiqləyici amma, etibarsız hissələri yox. “və müttəqilər üçün yol göstərici və öyüd olan İncili verdik.” İncil yol göstərici və öyüddür. Hidayət və nurdur.

“İncil sahibləri Allahın onda endirdikləriylə hökm etsinlər.” İncilə görə hərəkət etsinlər, İncil sahibləri deyir Allah. “Kim Allahın endirdiyiylə hökm etməzsə, məhz onlar, fasiq olanlardır.” Yəni İncilin haqq hissələri ilə hökm etsinlər deyir Allah, etməzlərsə fasiq olarlar deyir. Çünki İncilin haqq qismi ilə Quran tam razıdır. Peyğəmbərimizə (s) deyir Allah; “Sənə də (Ey Məhəmməd) önündəki kitab(lar)ı təsdiqləyici,” Tövrat və İncili təsdiqləyici, “və ona “bir şahid-nəzarətçi” olaraq Kitabı (Quranı) endirdik.” Quran eyni zamanda Tövrat və İncilin doğruluğuna şahid kitablar olduğunu deyir. Səhv olan hissələri və doğru olan hissələri bir-birindən ayırd edici. “…olaraq “Kitab” (Quranı) endirdik. Elə isə aralarında Allahın endirdiyi ilə hökm et.” Quranla hökm et.