Ayə izahı: Maidə surəsi, 44

Quranı yetərsiz sayan ənənəvi anlayış

Ənənəvi anlayış Quranın ortaya qoymuş olduğu din anlayışının çox uzaq, din adına, haşa, Quranı yetərsiz qəbul edən və dinin tam mənasıyla aydın açıqlanması üçün Quranın yanında Peyğəmbərimizə (s) aid olduğu iddia edilən və sayı milyonlarca olan rəvayətləri dinə əlavə olaraq qəbul ediblər.

Bu rəvayətləri öz qəbul və anlayışlarına görə seçən məzhəb imamları və onların ortaya qoymuş olduqları din anlayışı, haşa, Allahın vəhyinə bərabər tutularaq dinin təməli halına gətirilmişdir.

Bu vəziyyət əlbəttə ki, Qurana, Quran hökmlərinə və əxlaqına ziddir. Çünki dinin yeganə qaynağı Qurandır. İndi Quran ayələrindən yola çıxaraq dinin yeganə qaynağının Quran olduğunu görəcəyik.

Din adına Quran yetərlidir; (Nəhl surəsi, 89), (Ənkəbut surəsi, 51)

Hökm yalnız Allaha məxsusdur; (Yusuf surəsi, 40), (Kəhf surəsi, 26-27)

Quranın nazil olmasıyla din də tamamlanmışdır: (Ənam surəsi, 115)

Quranın nazil Səbəbi; “Bu elə bir kitabdır ki, Rəbbinin izni ilə qaranlıqdan nura çıxaram, O tərifə layiq, Əziz Olanın yoluna çıxartmaq üçün sənə nazil etdik.” (İbrahim surəsi, 1)

Quranda din adına lazımlı olan hər şey var: (Ənam surəsi, 114), (Yasin surəsi, 69)

Quran din adına hökm qoymaq istəyənlərdən qurandan dəlil tələb edir; (Səffat surəsi, 154-157), (Qələm surəsi, 36-37)

Quran hər Peyğəmbərə Allahın nazil etdiyi ilə hökm etmələri söylənmişdir: “Sən də aralarında Allahın sənə nazil etdiyi Kitabla hökm et.” (Maidə surəsi, 49)

Din adına yalnız Qurana tabe olan peyğəmbərə də tabe olmuş olur. Peyğəmbərimiz yalnız Qurana uyğun danışmışdır: (Ənbiya surəsi, 45), (Rad surəsi, 30), (Ənam surəsi, 19), (Yunus surəsi, 15)

Quran bir-bir izah edilmiş və ayələri Allah tərəfindən açıqlanmışdır: (Nur surəsi, 34) , (İsra surəsi, 41), (İsra surəsi, 89), (Ənam surəsi, 65), (Əraf surəsi, 52), (Hud surəsi, 1)

Dinin əmr və qadağanları yalnız Quran ayələrindədirdir. Din yalnız Qurandan öyrənilir və bu edilərkən də daha əvvəl meydana gəlmiş olan din adına bütün məlumatlar bir kənara buraxılaraq Qurana aydın bir zehin ilə yaxınlaşmaq lazımdır. Əks halda bir çox müsəlmanların düşmüş olduğu səhvə yol veriləcək və beynimizdə meydana gətirdiyimiz və din sandığımız bir sıra məlumatlar Quranda keçmədiyi üçün bəziləri Quranın bəs etmədiyini zənn edəcək.

Quranı din adına tək qaynaq qəbul edənlərin Peyğəmbərimizi (s) əhəmiyyətsiz görmə kimi bir düşüncələri olması mümkün deyil. Bu möminə yaraşmaz. Ancaq bizim bütün dərdimiz Peyğəmbərimiz adına ortaya atılmış olan uydurmalardan dinimizi qurtarmaq və din adına yalnız Qurana tabe olmaqdır.

Peyğəmbərimizə və bütün möminlərə əmr edilən Quranı başa düşmək və həyata keçirmək Allah və Onun Peyğəmbərinə ən böyük sevgi göstəricisidir. Yalnız bu zaman həqiqi mənada dini yalnız Allaha xas edərik və Peyğəmbərimizin (s) həqiqi sünnəsini yaşamış olarıq.