Allahın göylərdə və yerdə nə varsa, hamısını sizə ram etdiyini, açıq və gizli olan nemətlərini sizə bol-bol verdiyini görmədinizmi? İnsanlardan elələri var ki, elmi, doğru yol göstərən bir rəhbəri və aydınladan bir kitabı olmadan Allah barəsində mübahisə edər. (Loğman surəsi, 20)
Göylərdə və yerdə. Göylərdə hz. İsa (ə.s) bir nemətdir. Yerdə də hz. Mehdi (ə.s) bir nemətdir, inşaAllah. Və ikisi də möminlərin əmrindədir. Müsəlmanlara xidmət edəcəklər, inşaAllah və nemət gətirəcəklər. İnsanlara bərəkət, bolluq gətirəcək.
Onlara: “Allahın nazil etdiyinə tabe olun!” – deyildiyi zaman: “Xeyr, biz atalarımızın getdiyi yolu izləyirik!” – deyərlər. Bəs əgər şeytan onları (atalarını) cəhənnəm əzabına çağırırdısa (onda necə)?! (Loğman surəsi, 21)
İndi məsələn, biz Quranda haqq olan islamı təbliğ edirik. “Allahın endirdiyinə uyun” deyirik. Amma məzhəbçi xurafatçılar, “biz atalarımızı tapdığımız yola uyuruq” deyirlər. Allah “Ya şeytan, onları alovlu atəşin əzabına çağırırsa?” deyir. Zombilər anlamırlar ki, Allahın göndərdiyi Qurandakı islamdan başqa heç bir “din” keçərli deyildir, firqələrə ayrılmış, insanlar tərəfindən uydurulmuş batil, xurafatçı, şirk dini onları sadəcə dəlalətə aparar, haqq din təkdir, Qurandakı göstərilən Quran islamı, Quran əxlaqı.

