Ayə izahı: Ələq surəsi, 1-8

Əgər insan, ağlını istifadə edib “mən necə var oldum?” sualına səmimi cavab tapmağa

Əgər insan, ağlını istifadə edib “mən necə var oldum?” sualına səmimi cavab tapmağa çalışmazsa, ümumiyyətlə “necə oldumsa oldum!” kimi məntiqə qapılacaqdır. Bu məntiqə qapılınca onsuz da, ona bu cür mövzular üzərində bir daha düşünməyə vadar etməyəcək həyat tərzini mənimsəyəcək.

Halbuki, ağıl sahibi insana düşən, necə var olduğu üzərində düşünmək və həyatın mənasını buna görə təyin etməkdir. Bunu edərkən də, bəzilərinin etdiyi kimi, əldə edəcəyi nəticənin “mən yaradılmışam” şəklində çıxmasından qorxmamalıdır. Çünki bu insanlar, özlərini Yaradıcıya qarşı məsul hiss etmək istəməzlər. Yaradılmış olduqlarını qəbul etdiklərində, həyat tərzlərini, nizamlarını və ya bağlı olduqları ideologiyalarını tərk etmək məcburiyyətində qalmaqdan çəkinərlər. Ya da özlərini Yaradana boyun əyməkdən qaçarlar. Bu psixologiyanı daşıyanlar, Quranda Allahın bildirdiyi kimi “vicdanları qəbul etdiyi halda, zülm və təkəbbür üzündən” (Nəml surəsi, 14) Allahı inkar edənlərdir.

Varlığını “zülm və təkəbbürlənmə”yə qapılmadan, ağıl və vicdan ölçüsündə qiymətləndirən insan isə, özündə Allahın yaratdığından başqa bir şey görməyəcək. Varlığının, özünün yaratmadığı və idarə edə bilmədiyi minlərlə mürəkkəb sistemin uyğunlaşmasına bağlanmış olduğunu fərq edəcək. “Yaradılmış” olduğunu qavrayacaq və Yaradanımız olan Allahı tanıyıb Onun özünü hansı məqsədə görə yaratdığını anlamağa yönələcək.

İnsan “yaradılmış” olduğunu izləyərkən, ona rəhbərlik edən bir qaynaq var: Quran. Bu kitabı, Yaradıcımız olan Allah ona və digər insanlara endirmişdir. Quran bütün insanlar üçün bir “yol göstəricidir”. Yaradılış hadisəsinin eynilə Quranda tərif edildiyi kimi reallaşmış olması da, ağıl sahibi insanlara mühüm mesajlar verir.

blank