Ayə izahı: Kövsər surəsi, 1-3

O dövrdə Peyğəmbərimizə (s) soyu kəsik dedilər

Biz sənə Kövsəri verdik. Ona görə də Rəbbin üçün namaz qıl və qurban kəs! Şübhəsiz ki, sənə düşmənçilik edənin özü sonsuzdur. (Kövsər surəsi, 1-3)

O dövrdə Peyğəmbərimizə (s) soyu kəsik dedilər. Və ona kin duyurdular. Yəni soyunun kəsik olmasına. Allah, Biz sənə Kövsəri verdik deyir. Kövsər, eyni zamanda, Peyğəmbərimizin (s) soyuna da işarə edən bir sözdür. Yəni Kövsər cənnətdə ona veriləcək bir nemət olaraq da bilinir. Yəni bir hovuz, bir nemət hovuzu olaraq bilinir. Amma Kövsər sözünün Peyğəmbərimizin (s) o mübarək nəsli üçün də, soyu üçün də istifadə edilən bir mənası var. Lüğətə baxdığımızda bunu da görürük. Peyğəmbərimizin (s) soyu üçün də istifadə edilir. Biz o zaman bunu anlayırıq: Sənin soyunu Axırzamanda mən dünyaya hakim edəcəyəm və sənin soyunun tükənmədiyini insanlıq görəcək, bütün dünya görəcək. Hz. Mehdi də Axırzamanda dünyaya hakim olacaq.