“Nəhayət, günəşin doğduğu yerə çatanda”, bu da şifrədir. Onsuz da, günəş doğulur və batır, ona görə, günəşin doğulması, batması bir işarə olaraq verilib. Eyni zamanda günəşin batdığı yer deyilən bir şey yoxdur, doğulduğu yer deyilən də bir şey yoxdur. Yəni burada Quranın açıq bir şifrə verdiyi, bir şeylər izah etdiyi, bağlı bir sirr izah etdiyi çox açıq şəkildə müəyyən olunur.
Bu ayənin nömrəsi 90-dır, yəni 1990-a işarə edir, İslamda inkişafın başladığı dövr. Yəni 1990-cı ildən etibarən İslamda ciddi bir inkişaf başladı. SSRİ-nin dağılmasından sonra Müsəlman ölkələr ateizmdən azad olub, islama yönəldilər və ibadətlərini azad yerinə yetirdilər.
“onu bir qövmün üzərində doğarkən gördü. Biz onlar üçün günəşə qarşı heç bir örtük yaratmamışdıq” iki mənası var, amma bir mənası da Axırzamanda insanlar bu illərdə çox sıxlaşdı, məsələn, çimərliklərin sıxlaşması bu əsrə xas bir xüsusiyyətdir. Əvvəllər belə bir şey yox idi. Hal-hazırda dünyada çimərlik epidemiyası yayıldı. Yəni müəyyən bir əsrə də işarə edilmiş olur, günəşlə çox təmasda (günəş altında) olan insanların sıxlaşdığı bir dövr, inşaAllah.

