Ateistlər Quranda səhv tapmaq üçün Kəhf surəsi 96-cı ayətdəki “Mis, dəmirin keyfiyyətini pozar, bu səbəbdən (haşa) Quran burada səhv etmişdir” deyirlər. Onların bu düşüncələri səhvdir, cahil və məlumatsız olduqlarından bunu deyirlər. Allah Quranda, dəmir ilə misi bir-birinə qarışdırıb da yeni bir ərinti meydana gətir demir.
“Mənə dəmir kütlələri gətirin”, yəni dəmir parçaları gətirin, “iki dağın arası bərabər səviyyəyə gəlincə, “Qızışdırın” dedi. “Onu atəş halına gətirənə qədər (bu işi etdi, sonra) dedi ki: “Mənə gətirin, üzərinə əridilmiş mis töküm” deyir. Ərəbcə orijinalı qatran. “Töküm”, indi, iki dağ var, adamlar bir yerdən tunel açmışlar. Məsələn, indi terroristlər də tunel açırlar. Bir çox yerdə olur. Bir yerə çatmaq üçün tunel açırlar və oradan hücum edirlər, açdıqları tuneldən hücum edirlər. Demək ki, o dövrdə adamlar tunelin üzərini torpaqla, daşla bağlasalar açır. Bir şəkildə açırlar. “Nə edək?” deyirlər. Zülqərneynə soruşurlar. O da: “Siz mənə insani güclə kömək edin. Mən bu mövzunu həll edəcəyəm” deyir. “Dəmir kütlələri gətirin” deyir. Böyük dəmir kütlələri gətizdirdi. Üst-üstə o dəmir kütlələri ilə o dəliyin üzərini bağlayır. Yəcuc, Məcucun tunelinin, yeraltı tunelinin üzərini bağlayır. O iki yüksəkliyin arasını dəmir kütlələri ilə doldurur, bağlayır. İşi yaxşı, möhkəm gömək üçün, dəmiri əvvəl atəş halına gətirir, üzərini yaxşı qızdırılmış hala gətirir. Dəmirlər yaxşıca qızdıqdan sonra da üzərinə qatran atır. Qatran əriyir. Bütün dəmirin hər tərəfini örtər. Qatranla örtülən dəmir oksidləşməz. Bu səbəbdən dəmiri təcrid etmiş olur. Oksigenlə əlaqəsini kəsmiş olur.

