Bu ayələrdə Kəhf və Rəqim əhlinin qeyri-adi vəziyyətinə diqqət çəkilir. Kəhf əhlinin yaşadıqları qeyri-adi, metafizik hadisələrdir. Həyatının hər anı möcüzəvi hadisələrlə doludur. Peyğəmbər əfəndimiz (s.ə.v.)-in hədislərində Axırzamanla əlaqəsinə diqqət çəkilən Kəhf əhlinin Quranda izah edilən bu vəziyyəti, Axıramanda insanların qeyri-adi, metafizik hadisələrlə qarşılaşacağına işarədir.
Kəhf surəsinin 10-cu ayəsində gənclərin bir yerə “sığındıqları” bildirilir. Hekayənin sonrakı ayələrindən aydın olduğuna görə, Kəhf əhlinin mağaraya sığınmalarının səbəbi dövrün zorakı sisteminin meydana gətirdiyi mühitdir. Öz fikirlərini rahat şəkildə söyləyə bilməyən, doğruları izah edə bilməyən, din əxlaqını lazım olduğu kimi yaşamaları və izah etmələri maneə törədilən Kəhf əhli, həlli bu cəmiyyətdən uzaqlaşmaqda tapmışdır.
Məsələn sizlərin bu səhifədə toplanmanızı Kəhf mağarasına bənzətmək olar. Azad şəkildə islamı təbliğ edib, onları yaşamaq və hər kəs öz sözünü rahat şəkildə deyə biləcəyi mühitdir. Axırzamanda Allahın möminlər üçün asanlaşdırdığı sistemdir bu.
Ancaq bu vəziyyət, uzaqlaşıb gözləmə mənasında deyil. Kəhf əhli mağaraya sığınmış, etdikləri işləri Allahın asanlaşdırması, özlərinə rəhmətindən bəxş etməsi üçün dua etmişlər. Qısacası, Kəhf əhlinin mağaraya sığınmasının səbəbi yalnız gözləmək deyil, özlərini bu müddət ərzində inkişaf etdirmək olmuşdur.
Kəhf surəsinin 10-cu ayəsində, Kəhf əhlinin duasından bəhs edilir və əhəmiyyətli bir mövzuya da diqqət çəkilir.
İman edənlər hər işi edənin yalnız Allah olduğunu heç unutmamalıdırlar. İnsan hər zaman ehtiyac içindədir, Allah qarşısında aciz və möhtacdır. Öz ağlı, öz səyi və gücü ilə bir şey etməsi mümkün deyil. Allah diləmədiyi zaman insanın nəinki bir işi nəticələndirməsi, həmçinin, əlini qaldırması, yeriməsi, nəfəs alması belə mümkün olmaz. İnsanın hər an Allahın köməyinə, dəstəyinə və rəhmətinə ehtiyacı vardır. Quranda da insanın bu acizliyinə və hər işi edənin Allah olduğuna dair bir çox ayə vardır.

