Ayədə Allah deyir ki: “İman gətirib saleh əməl edən”, yəni öncə iman edəcək və səmimi hərəkətlər edərsə, (hər hərəkəti səmimi olmalıdır; danışması, üslubu, ibadətləri, rəftarı, həyatı hər şeyi səmimi olmalıdır) “ən gözəl mükafat vardır” Cənnət gözləyir. Buradakı ifadə çox dəqiqdir, həm dünya, həm axirət üçün gözəl bir qarşılıq vardır.
“Biz ona asan işləri buyuracağıq” Dində təməl olan bir mövzu, yəni Mehdiyyətin təməl mövzularından birinə, Qurana diqqət çəkilmişdir, yəni dində yükünü azaldıb, yüngülləşdirəcəyik. Dini çətinləşdirmək münafiqlərin silahıdır. Münafiqlər dini içindən çıxılmayacaq hala gətirərlər. Beləcə dini öz içində boğmağa çalışarlar. Yəni özlərini dini qoruyan kimi göstərərlər. Münafiqlər dini öz içində boğarlar, yəni özlərindən bir çox yeni hökmlər çıxararaq Quranın hökmlərini genişləndirərlər (səhv şərh edərlər, ifrata gedərlər), münafiqlər şərhə çox uyarlar. Sonunda da İslamı yaşana bilməyəcək hala gətirər və yıxarlar.
