“Nəhayət, günəşin batdığı yerə gəlib çatanda” İslam günəşi harada batdı? İstanbulda batdı. İslamiyyət son olaraq buradadır, yəni müsəlmanların birliyi oldu və sonra bitdi. Xəlifəlik ləğv edildi. Onsuz da son xəlifələr vəzifəsini yerinə yetirmirdilər. Ümumiyyətlə, Allahın təqdiri ilə ümmətdə bir çöküntü var idi. Sonunda günəş İstanbulda batdı. Burada İstanbula bir işarə var. “Nəhayət, günəşin batdığı yerə gəlib çatanda” deyərkən bu mənanı verir.
Ayənin davamında “onu palçıqlı bir gölməçədə batan gördü” buyrulub. Günəş, ümumiyyətlə Mehdi (ə.s.) üçün istifadə edilən bir ifadədir, hədislərdə də vardır, Mehdi İslam günəşi olaraq ifadə edilir. “onu palçıqlı bir gölməçədə batan gördü” yəni Mehdiyyətə hücum olacağına işarə edir. “onu palçıqlı” yəni gözəl olmayan, yaxşı olmayan bir yerdə batdığını, gizləndiyini gördü. Günəşin orada yox olduğunu gördü mənasını verir.
Zülqərneyn, dünyanın həm şərqinə, həm qərbinə hakim olma mənasını verir. “Ey Zülqərneyn! Ya (onlara) əzab verməli, ya da onlar barəsində yaxşılıq yolunu tutmalısan!” – dedik. O dedi: “Haqsızlıq edənə əzab verəcəyik.” yəni kim cinayət törətsə, təbii ki, cinayətinə görə günahının cəzasını alar. Zülm etsə, zülm etmə cəzası vardır. Məsələn, cinayət edən adam təbii ki, həbs edilər, yəni cəzası verilər.
“Sonra o Rəbbinə qaytarılacaq və (Rəbbi) ona görünməmiş bir əzab verəcək”. Əgər Müsəlmanlara zülm edilirsə, Allah da ona acı əzab verər, əgər cinayət törədib tövbə etməzsə, sonsuza qədər Cəhənnəmdə qalar.
