Bu ayə dünya hakimiyyətini izah edən, digər ayələri anlamağımız üçün, Quranı Quranla təfsir edən dəlildir. Məsələn, Allah deyir ki, “Biz onu yer üzündə iqtidar və güc sahibi etdik”, digər ayələrə də baxırıq və görürük ki, Allah müsəlmanlara yer üzündə bir iqtidar verəcəyindən bəhs edir . Quranda, bir çox ayə var ki, dünya hakimiyyətindən bəhs edən bu ayəni, digər ayələr də izah etmişdir. Dünya hakimiyyətinin açıq olduğu aydın olur, “ona hər yerin yolunu öyrətdik”.
Demək ki, müsəlmanların hər cür ümumi mədəniyyət və məlumata sahib olmaları lazımdır. Dünya siyasətini biləcək, elmi biləcək, sənəti biləcək, estetikanı biləcək, hər şeyi biləcək. Müsəlmanlar dar düşüncəli, cahil olduğu halda məğlub olacaqlar. Məsələn, Osmanlıda elə oldu. Cahil bir kütlə meydana gəldi, həm cahiliyyət, həm iman zəifliyi, həm də Darvinizmə qarşı çıxa bilməmələri böyük Osmanlını yıxdı.
