Kəhf surəsi, 65-si ayə, “Onlar orada Öz tərəfimizdən mərhəmət bəxş etdiyimiz və elm öyrətdiyimiz (ledun elmi) qullarımızdan birinə rast gəldilər”. Əbcədi 2010 tarixini verir.
“Musa ona dedi: “Sənə öyrədilmiş doğru yolu göstərən elmdən mənə öyrətmək şərtilə sənin arxanca gələ bilərəmmi?” Biz də Mehdi (ə.s)-a deyəcəyik sənə tələbə olmaq istəyirik. Allahın sənə öyrətdiyi məlumatdan bizə də öyrətməyin üçün sizə tabe ola olum.
“Dedi ki: “Doğrusu, sən mənim yanımda səbir edə bilməzsən”. Mehdi (ə.s) tələbəsi olmaq çətindir. Belə fırıldaqçıların, dünya aşiqlərinin, ağlı zəif olanların, imanı zəif olanların, dünyasını qurtarmağın dərdində olanların, evlənib, ailə qurub işinə gücünə baxmaq istəyənlərin, dünyasını xoş etmək istəyənlərin, qazanc əldə etmək istəyənlərin edə bilməyəcəyi bir şeydir. Hələ qorxaq ürəksizlərin heç edə bilməyəcəyi bir şeydir.
“Musa dedi: “İnşaAllah, səbirli olduğumu görəcəksən. Sənin heç bir əmrindən çıxmayacağam”. Tabe olaq bu cür olar, inşaAllah. “Dedi ki: “Əgər mənə tabe olacaqsansa, özüm sənə bir xəbər bildirməyincə məndən heç bir şey haqqında soruşma”. Məni analiz etmək, məni tənqid etmək bunlar olmayacaq, deyir. “Özüm sənə bir xəbər bildirməyincə”. Mən lazım olanı sənə deyərəm amma məndən sual soruşmayacaqsan, deyir.
“Sonra hər ikisi yola düzəlib getdilər. Nəhayət gəlib gəmiyə mindikləri zaman Xızır onu deşdi. Musa dedi: “Sən gəmidə olanları suya qərq etmək üçün mü onu deşdin? Doğrusu, günahı böyük olan bir iş gördün”. Diqqət etdinizsə niyə deşdin demir Musa (ə.s). “Gəmidə olanları suya qərq etmək üçün mü onu deşdin?” -deyir. Günahlandıran bir üslubdan istifadə edir. “And olsun” -deyir and içir, “günahı böyük olan bir iş gördün”. Halbuki, daha əvvəl söz vermişdi. “Dedi ki: “Mən demədimmi ki, sən mənim yanımda səbir edə bilməzsən?” Bu hekayədə məqsəd Mehdi (ə.s)-ın tələbəsi olmağın nə qədər çətin olduğunu izah etməkdir. Çünki, Kəhf surəsi mehdiyyəti izah edir, Xızırdan da məqsəd Mehdi (ə.s)-a işarədir.
“Musa dedi: “Unutduğum bir şeydən ötrü məni qınama”. Axırzamanda unutqanlıq yayılacaq, ona da işarə var. “Və öz işimdə məni çətinliyə salma!” -dedi. Deyir qınama. Halbuki, Xızır (ə.s) ona demişdi, “sorğu-sual etmə”. “Və öz işimdə məni çətinliyə salma!” -deyir. Halbuki, orada özü özünü çətinliyə salır.
“Yenə ikisi yola düzəldi”. Həmişə iki-iki gedir. “Nəhayət, bir oğlan uşağı ilə rastlaşdıqda Xızır onu öldürdü. Musa dedi: “Heç kəsi öldürməyən”, qisas olmadan, “günahsız bir cana mı qəsd etdin?” “Günahsız bir canımı öldürdün” -deyir. “And olsun”, yenə and içir, “çox pis bir iş tutdun”. Məsələn, o canın tərtəmiz olub olmadığını o bilir, vəhylə hərəkət edir, çünki, birincisi. “And olsun” -deyir məsələn, bunu deməməlidir. İki, “çox pis bir iş tutdun” –deyir. Qəti hökm verməməlidir, çünki ona tabe olmaqla mükəlləfdir. “Pis bir iş tutdun” da deyə bilməz. Deməməlidir. “Dedi: “Sənə demədim mi ki, mənim yanımda səbir edə bilməzsən?” Amma səbir edir, səbirlə yanında qalır.
“Musa dedi: “Əgər bundan sonra səndən bir şey barəsində soruşsam, daha mənə yoldaş olma. Sən artıq mənim diləyəcəyim sonuncu üzrxahlığa çatdın”. “Qəbul edirəm” -deyir. “Yenə yola düzəldilər. Nəhayət, bir kənd əhlinin yanına gəlib camaatdan yeməyə bir şey istədilər. Camaat onları yeməyə qonaq etmək istəmədi”. Mehdi (ə.s)-ı da qonaq etməkdən qaçacaqlar. “Onlar orada dağılmaq üzrə olan bir divar gördülər”. Hz. Süleyman (ə.s)-ın divarı, hz. Süleyman (ə.s)-ın məscidinin divarı eyni zamanda, inşaAllah. “Dərhal onu inşa etdi”. Mehdi (ə.s), hz. Süleyman (ə.s)-ın məscidini inşa edəcək, şəxsən də qatılacaq, inşaAllah. Xızır (ə.s) eyni zamanda divar ustasıdır. Hz. Mehdi (ə.s)-ın da divar ustalarını nəzarət altına alacağı aydın olur, masonları, inşaAllah.
“Musa dedi: “Əgər istəsəydin, bunun müqabilində zəhmət haqqı alardın”. Halbuki daha öncə hz. Musa (ə.s), qoyunlarını sulayan xanımları görəndə, heç bir haqq tələb etmədən o xanımların qoyunlarını götürüb suvardın və geri qaytardın. Haqq istəmədin. Allah rizası üçün etdin hikmətə görə, orada səndən nə üçün pulsuz etdiyini soruşan olmadı. Sən niyə Xızır (ə.s)-dan soruşursan, o zaman? Daha əvvəl də tək yumruqla vurdu adamı öldürdü. Səndən niyə öldürdüyünü soruşan oldu? Çünki, qəsdən öldürmədi. Tale içərisində öldürdü. O zaman, vəhy ilə hərəkət edən Xızır (ə.s)-dan nə üçün soruşursan?
“Bu, mənimlə sənin aranda ayrılma zamanımız”. Mehdiliyə səbir etmək çətindir, Mehdi (ə.s) tələbəsi olmağa səbir etmək çətindir. İlk dəfədən ayrılar, heç yaxın durmaz, yanaşarsa da görər-görməz ayrılar və yaxud davam etdisə də bir müddət sonra ayrılar. Gücü çatmaz, hər kəsin gücünün çatacağı bir şey deyil. Quran çox dolayı yoldan buna da işarə edir. Buna görə də, cəmi 313 tələbəsi olacaqdır, inşaAllah.

