Kəhf surəsi, 65-ci ayə. “Beləcə, qatımızdan rəhmət verdiyimiz və tərəfimizdən elm öyrətdiyimiz qullarımızdan bir qulu tapdılar.” Allah, rəhmət verdiyini əvvəldə deyir. Əvvəl Allahın rəhməti, sonra elm. O elmin nə olduğunun demir Allah, bir elm. “Bir qulu tapdılar.” Əbcədi 2010-cu ili verir. “Musa ona dedi ki: “Doğru yol (rüşd) olaraq sənə öyrədiləndən mənə öyrətməyin üçün sənə tabe ola bilərəmmi?” Müsəlman həmişə doğru yoldadır, onun da istədiyi o, rüşd; doğru yoldur. “Dedi ki: “Həqiqətən sən, mənimlə birlikdə olma səbrini göstərməyə güc yetirə bilməzsən. (Beləykən) Əsasını qavraya bilmədiyin şeyə necə səbir edə bilərsən?”
“(Musa:) “İnşaAllah, məni səbir edən (biri olaraq) görəcəksən. Heç bir işdə sənə qarşı gəlməyəcəyəm” dedi. Dedi ki: “Əgər mənə uysan, heç bir şey haqda mənə sual vermə, mən sənə izah edib danışana qədər. Beləcə, ikisi yola qoyuldu. Nəhayət bir gəmiyə minincə” həmişə gəmi olan yerlər, hz. Mehdi (ə.s)-ın olduğu yerlər də gəmi olan yerlərdir. Hz. Musa (ə.s)-ın, hz. Xızır (ə.s) ilə qarşılaşdığı yerlər gəmi olan yerlərdir. Hz. Xızır (ə.s) gəmini xarab edir. “Dedi ki: “İçindəkiləri batırmaq üçün mü onu deşdin? And olsun, sən təəccübləndirici bir şey etdin. Dedi ki: “Həqiqətən, mənimlə birlikdə olma səbrini göstərməyə qətiyyən güc yetirə bilməyəcəyini mən sənə söyləmədimmi?”
“(Musa:) “Məni, unutduğuma görə danlama” unutduğunu bəhanə olaraq deyir. “Bu işimə görə mənə çətinlik yaratma” dedi. Beləcə ikisi” üçüncü adam yoxdur, həmişə ikisi. Ledün elmində sirr vardır, təklikdə deyilər, başqalarının içində deyilməz. Ledün sirri hər kəsə deyilməz, bəsirəti açıq insanlar anlaya bilərlər, sadəcə.
“Beləcə, ikisi (yenə) yola qoyuldular. Bir uşaqla qarşılaşdılar, o dərhal tutub onu öldürdü. Dedi ki: “Bir cana qarşılıq olmadan, tərtəmiz bir cana mı qıydın? And olsun, sən pis bir iş etdin.” Hz. Xızır (ə.s) qurana tabe deyil, quranda haram edilənləri də lazım gələndə edər. Hz. Xızır (ə.s) adam öldürər, bina yıxar, dövlət dağıdar, onun xüsusiyyətidir.

