Ayə izahı: Kəhf surəsi, 65

Kəhf surəsində çox əhatəli olaraq hz

Kəhf surəsində çox əhatəli olaraq hz. Mehdidən bəhs edilir. Kəhf surəsi 61-ci ayədə: “Beləcə, ikisi” Hz. Musa ilə gənc köməkçisi, amma axırzamana baxan tərəfi isə hz. İsa və hz. Mehdi, “İki dənizin birləşdiyi yerə çatdıqda”, iki dəniz İstanbulda birləşir. Əbcədi 1984-cü il tarixini verir, yəni Mehdinin ilk çıxış illəri. Hələ tələbələrinin sayının çox az olduğu ilə işarə edir. Onsuz da burada da “ikisi” deyir inşaAllah.

65-ci ayədə: “Öz dərgahımızdan mərhəmət əta etdiyimiz və Öz tərəfimizdən elm öyrətdiyimiz bəndələrimizdən birini (Xızırı) tapdılar”. Elmi Allah verir. Mən öyrəndim, mən aliməm demir. “Bəndələrimizdən birini (Xızırı) tapdılar”. Axırzamanda bu təbii ki, Xızıra işarə etməklə bərabər, axırzamana baxan istiqamətiylə Mehdiyə işarə edir. Çünki, “Öz dərgahımızdan mərhəmət əta etdiyimiz”, Mehdiyə mərhəmət verilmişdir. “Və Öz tərəfimizdən özünə elm öyrətdiyimiz”, Mehdiyə xüsusi elm verildiyi hədislərdə ifadə edilir. Yəni, “Allah onu bir gecədə islah edər” -deyir. Xüsusi elmlərlə təchiz ediləcəyi ifadə edilir.

“Bəndələrimizdən birini tapdılar”, əbcədi 2010-cu ili verir. Yəni 65-ci ayənin hamısı tam 2010-cu il tarixini verir. Kəhf Surəsində, “Həqiqətən Biz onu yer üzərində möhkəmləndirib qüvvətləndirdik”. Əbcədi 2017-ci il tarixini verir.

“Həqiqətən biz onu”, yəni bu Mehdiyə işarə edir, inşaAllah, “yer üzərində möhkəmləndirib qüvvətləndirdik”. Zülqərneyndən bəhs edən ayədir, eyni zamanda Mehdiyə də işarə edir. Əbcədi də 2017-ci ildir. “O (Zülqərneyn) dedi: “Rəbbimin mənə əta etdiyi mülk daha yaxşıdır. Gəlin öz qüvvənizlə mənə kömək edin, mən də sizinlə onlar arasında möhkəm bir sədd çəkim”. Yəni mənə insan qüvvənizlə kömək edin, dəstək olun, fəaliyyətlərimə davam edim deyir. Əbcədi 1987-ci ili verir. Yenə Mehdiyə işarə edir, inşaAllah. Tam axırzamana işarə edir. Yəni Kəhf surəsi axırzamana baxan tərəfi doludur, möcüzədir yəni, inşaAllah.