Ayə izahı: Kəhf surəsi, 4-5

Kəhf” surəsinin 4 və 5-ci ayələrində xristianların Allah haqqındakı böyük böhtanına diqqət

“Kəhf” surəsinin 4 və 5-ci ayələrində xristianların Allah haqqındakı böyük böhtanına diqqət çəkilmişdir. Xristianlar ortaya atdıqları azğın üçləmə (təslis) inancı ilə öz dinlərini pozmuş və batil bir din yaratmışlar. Ayələrdə onların etdikləri bu böyük təxribat bu şəkildə qeyd edilmişdir:

“Ey kitab əhli! Öz dininizdə həddi aşmayın! Allah barəsində yalnız haqqı deyin. Həqiqətən, Məryəm oğlu İsa Məsih ancaq Allahın peyğəmbəri, (Cəbrail vasitəsilə) Məryəmə çatdırdığı bir söz və Onun tərəfindən olan bir ruhdur. Allaha və peyğəmbərlərinə iman gətirin. (Allah barəsində) “üçdür” deməyin. (Belə sözlərə) son qoyun ki, (bu) sizin üçün daha yaxşı olar. Həqiqətən, Allah tək bir ilahdır. Övladı olmaqdan uzaqdır. Göylərdə və yerdə nə varsa, Onundur. Allahın vəkil olması bəs edər!” (Nisa surəsi, 171)

“(Müşriklər:) “Allah Özünə övlad götürdü!” dedilər. Allah pak və müqəddəsdir. O, (övlada, uşağa) möhtac deyildir. Göylərdə və yerdə nə varsa, hamısı Onundur. Bu haqda sizin əlinizdə heç bir dəlil yoxdur. Allaha qarşı bilmədiyiniz şeyimi deyirsiniz?” (Yunis surəsi, 68)

“Bu, şübhəyə düşdükləri Məryəm oğlu İsa haqqında (Allahın buyurduğu) haqq sözdür! Allaha (özü üçün) övlad götürmək yaraşmaz. O, pakdır, müqəddəsdir. O, hər hansı bir şeyi yaratmaq istədikdə ona yalnız: “Ol!” deyər, o da dərhal olar.” (Məryəm surəsi, 34-35)

Şübhəsiz “Kəhf” surəsinin bu ayələrində və yuxarıdakı ayələrdə diqqəti cəlb edən bu fikir tam olaraq müşrik inancıdır. Quranda bildirildiyi kimi, Allah yoldaşı və bənzəri olmayan, uşaq götürməkdən münəzzəh olan, hər şeyin tək hakimi və hökmdarı, göylərin və yerin Rəbbidir. Axırzamanda yaşayan müsəlmanlar xristianların öz müqəddəs kitablarını təhrif edərək ortaya atdıqları bu azğın iddialarının etibarsızlığını insanlara izah etməklə məsuldurlar.