Axırzamanda İslam əxlaqının dünyaya hakim olmasına vəsilə olacaq bir insan gələcək. Dünyanın son zamanında. Axırzaman hədislərində bu çox əhatəli, təfərrüatlı ifadə edilmişdir. Peyğəmbərimizin (s) ifadə etdiyi bu əlamətlərin hamısı oldu. Təxminən 150-yə yaxın əlamət vardı, 150-si də oldu. Bədiüzzaman Səid Nursi də tarix verərək, təfərrüat verərək, yer verərək çox açıq izah etmişdir. Eynisi ilə bu hadisələr meydana gəldi. Peyğəmbərimiz (s) deyir; “Axırzamana çatdığınızda, dəccal dövrünə çatdığınızda Kəhf surəsini oxuyun”. Kəhf, 110 ayədən ibarətdir, 18-ci surədir. 110 x 18 = 1980 tarixini verər. Mehdi (ə.s)-ın çıxış tarixidir. Çox mənalıdır. Orada tək bir ayədə keçər. “Bir işə başladığında, sabah olacaq, edəcəyin bir şey olduğunda, hər hansı bir şey olduqda “İnşaAllah deyin” deyir Allah. Yəni “Allahın icazəsi ilə”, “Allahın diləməsi ilə”. “inşaAllah” bir zikrdir. “La İlahə illəllah” kimi, “sübhanAllah” kimi, “Allahu Kəbir” kimi, “Əlhəmdülillah” kimi bir zikrdir. Allahı zikr etməkdir. Başqa sözlə, bərəkətlidir.
Bir şey gördüyümüzdə; “maşaAllah, Allah nə gözəl yaratmışdır.” deməliyik. Beləcə, şirkdən xilas olmuş oluruq. “İnşaAllah” da; Allahın icazəsi ilə, Allahın yaratması ilə, Allahın taledə yaratması ilə. Hər ikisi də anti-şirk sözlərdir, “inşaAllah” və “maşaAllah”. Şirkə zərbədir. Şirki darmadağın edən iki sözdür. Nur surəsində, “Allaha şirk qoşmayanların dünyaya hakim olacağını” Allah deyir. “Sabah mən bir şey edəcəyəm” desən, əgər Allahı unudaraq söyləsən, Allahın yaradacağını unutsan, bu şirk olar. Amma “inşaAllah”, “Allahın diləməsi ilə”, “Allahın taledə yaratması ilə edəcəyəm” desən, şirkdən xilas olmuş olarsan. Müşrik olmamış olarsan. Bir də “bir şey nə qədər gözəldir desən” ona ilahlıq vəsf etmiş olarsan. Amma “Allah nə gözəl yaratmışdır” yəni MaşaAllah desən şirkdən xilas olmuş olarsan. “İnşaAllah” və “maşaAllah” Axırzamanda şirki parçalayan Allahın iki zikridir. Bu iki zikr şirki parçalayar.

