Bu ayədə güclü imanın və həqiqi hidayət əhli olmanın əhəmiyyətinə diqqət çəkilir. Çünki insan Allaha qarşı güclü imana sahib deyilsə, Quran ayələrinə diqqətlə əməl etmirsə və Allahın Rəsulunun yolu ilə getmirsə bu insanın nə qədər böyük işlər etdiyinin Allah qatında bir əhəmiyyəti olmaya bilər. Dünyada maddi olaraq müvəffəqiyyətli olsa, karyerası ya da şöhrəti artsa belə, bu müvəffəqiyyət ona axirətdə heç bir fayda verməyəcək. Çünki əhəmiyyətli olan insanın imanı və təqvasıdır. Allah Bəqərə surəsində hidayət əhli müsəlmanları bu şəkildə təsvir edir:
Bu, qətiyyən şübhə doğurmayan, müttəqilərə doğru yol göstərən bir Kitabdır. Onlar ki, qeybə iman gətirir, namaz qılır və onlara verdiyimiz ruzidən Allah yolunda xərcləyirlər. Və onlar, sənə nazil olana və səndən əvvəl nazil olanlara iman gətirir və axirətə də yəqinliklə inanırlar. Məhz bunlar, Rəbbindən olan bir hidayət üzrədirlər və nicat tapanlardır. (Bəqərə surəsi, 2-5)
Rəbbimiz bir başqa ayəsində isə, hidayətə uyan qullarının qorxu və kədər yaşamayacaqlarını belə müjdələyir:
Dedik ki: “Hamınız oradan yerə enin. Bundan sonra sizə doğru yol göstəricisi gəldikdə Mənim hidayətimlə xəbərdar etsə, onlara qorxu yoxdur və onlar kədərlənməyəcəklər.” (Bəqərə surəsi, 38)
Bu ayələrdən də aydın olduğu kimi, əgər iman sahibi müsəlman bir işə başlayarsa, Allah onu asanlıqla müvəffəqiyyətə çatdırar. Əgər bu insan çətinlik içindədirsə, Allah onu düşdüyü çətinlikdən də qurtarar. Bir ayədə Allah belə bildirir:
Allah, iman edənlərin vəlisi (dostu və dəstəkçisi) dir. Onları zülmətlərdən nura çıxarar; Kafirlərin dostları isə tağutlardır. Onları nurdan zülmətə salarlar. Məhz onlar, Od sakinləridirlər və orada əbədi qalacaqlar. (Bəqərə surəsi, 257)

