Ayə izahı: Kafirun surəsi, 1-6

De ki: Ey kafirlər” - ateistlər, masonlar, kommunistlər, faşistlər, xurafatçılar, məzhəbçilər

“De ki: Ey kafirlər” – ateistlər, masonlar, kommunistlər, faşistlər, xurafatçılar, məzhəbçilər yəni hamısı. “Mən sizin tapındıqlarınıza tapınmaram”. Yəni sizin ideologiyanıza, inancınıza qətiyyən inanmaram. “Mənim tapındığıma da siz tapınacaq deyilsiniz”. Siz də müsəlman olmursunuz. “Mən də sizin tapındıqlarınıza tapınacaq deyiləm” heç bir şəkildə o inanca yanaşmaram.

Allah bir daha vurğulayır: “Siz də mənim tapındıqlarıma tapınacaq deyilsiniz”. Altıncı ayədə demokratiyanın təməl dəlilini verir: “Sizin dininiz sizə, mənim dinim mənə”. Mən sizə qarışmaram, siz də mənə qarışa bilməzsiniz. Quran, hər kəs fikrində azaddır deyir. Axırzamandakı hadisəyə dəqiq cavab.

Sən kommunistsənsə, faşistsənsə, xurafatçısansa, məzhəbdəsənsə və ya masonsansa sən öz inancında qala bilərsən. Mən də müsəlmanam öz inancımda qalaram. Sən mənə təzyiq edə bilməzsən, mən də sənə təzyiq etmərəm. Hər dövrə işarə edər, amma Axırzamana da edir.