İsra surəsi, 82-ci ayə. “Biz Quranda möminlər üçün şəfa və mərhəmət olan ayələr nazil edirik”. “Quranda möminlər üçün şəfa”, yəni ruhən və fiziki cəhətdən şəfa, xəstəliklərə həll yoludur, müalicəvidir deyir, Quran. Dünyadakı bütün xəstəliklərin, bəlaların, dərdlərin mənşəyinə baxsaq ya stressdir, ya gərginlikdir, ya qorxudur, Quran bunların hamısına həll yoludur deyir, Allah, inşaAllah. “Və mərhəmət olan ayələr nazil edirik. Bu ayələr zalımların ancaq ziyanını artırır”. “De: “Ey Rəbbim! Məni daxil olacağım yerə yaxşılıqla daxil et; məni çıxacağım yerdən də yaxşılıqla çıxart. Öz tərəfindən mənə yardım edən bir qüvvət ver”. Bu qüvvət Quranda sultan olaraq keçir. “Və sultanla məni dəstəklə” -deyir, inşaAllah. Mənəvi dərinliyə girərkən, dərin mövzuları öyrənərkən, mənəvi cəzbə halına girərkən birinin kömək etməsi əhəmiyyətlidir. Bir adamın kömək etməsi əhəmiyyətlidir. Tək başına girsə çətinlik çəkər. Onun üçün mütləq bir köməkçisi olmalıdır, inşaAllah.
Ayə izahı: İsra surəsi, 80

