Dua hər insan üçün çox qiymətli ibadət və böyük nemətdir. Çünki Allah insana dua vasitəsilə Özünün xeyirli və gözəl gördüyü hər şeyə yetişmə imkanı vermişdir.
İnsan bəzən özünə zərəri toxunacaq bir mövzuda dua edib, bunun heç fərqində olmaya bilər. Allah ayədə bu mövzuya diqqət çəkir. Allah duasına istədiyi kimi razılıq etmədiyi üçün, duasının qəbul olmadığını zənn edənlər, yanlış düşünərlər. Çünki Allah mərhəmətindən ötrü, qulunun xeyirinə olacaq şəkildə duasına razılıq edir. Allah, bu insanın duasını eşidər və duasına ən xeyirli şəkildə cavab verər. Hadisələrin insanın istədiyi kimi olmaması bu nəticəni dəyişdirməz. Bu çox əhəmiyyətli bir sirdir. Buna görə dua edərkən istənilən şeyin şübhəsiz istənildiyi şəkildə baş verməsi deyil, xeyirli olacaqsa istənilməsi əhəmiyyətlidir.
Ayənin davamında insanların tələskən fitrətə sahib olduğu bildirilir. Dua mövzusunda bəlkə də ən böyük təhlükə, qəbul olmayacağı narahatlığı ilə dua etməkdən imtina etməkdir. Bu bir çox cəhətdən səhv, hətta cahilcə davranışdır. Allahdan bir şeyi istədiyində, reallaşması üçün tələsik davranmamalı, təqdiri Allaha buraxmalı və Allahdan hər şərtdə razı olmuş şəkildə səbirlə gözləməlidir. Duada istənilən şeyin gecikdirilərək verilməsi, ya da istənilənin razılıq edilməməsinin hikməti Allahın, qullarının səbrini və təvəkkülünün sınağı və onları imani cəhətdən kamilləşməsi mənasına gələ bilər.
İnsan, hər duanın Allah tərəfindən ibadət olaraq qəbul edildiyini bilməli və duasının, ən xeyirli zamanda və ən xeyirli şəkildə qarşılıq görəcəyinə iman etməlidir.

