İsra surəsi, 107-ci ayə. “De ki: “İstər ona inanın,” Qurana istər inanın, “…istər inanmayın: O, daha əvvəl özlərinə elm verilənlərə oxunduğu zaman,” daha əvvəl özlərinə elm verilənlər kimlərdir? Xristianlar və musəvilər. Onlar “…üzüstə uzanaraq səcdə edərlər” deyir Allah. Həqiqətən də, musəvilər də, xristianlar da üzüstə yataraq səcdə edirlər. Bizim səcdəmiz kimi deyil onların etdiyi səcdə. Üzüaşağı uzanıb, çənəsi yerə gələcək şəkildə uzanırlar.
“Və deyərlər ki: Rəbbimiz Ucadır, Rəbbimizin vədi əlbəttə reallaşır.” Qurana baxışları belədir Əhli-Kitabın, deyir Allah. “Çənələri üstünə uzanıb ağlayırlar və (Quran) onların huşu (hörmətdən yaranan qorxu)larını artırır.” Qurana qarşı laqeyd olmurlar. “çənələrinin üstünə uzanıb ağlayırlar” o qədər coşurlar, Quranın həqiqətləri qarşısında “…və (Quran) onların huşu (hörmət dolu qorxu)larını artırır.” Bəziləri deyir Quran xristianlara, musəvilərə xitab etməz. Quran hər kəsə xitab edər, buddistə də, müşrikə də, hamısına xitab edər. Quran bütün dünyaya gəldi.
“De ki: “Allah, deyə çağırın, “Rəhman” deyə çağırın, nə ilə çağırsanız; sonunda ən gözəl adlar Onundur. Namazında səsini çox yüksəltmə, çox da qısma, bu ikisi arasında (orta) bir yol tut.” Bəzən namaz qılanlar öz səsini eşitmir. Yanındakı adamın eşidəcəyi qədər olması lazımdır, ayədə Allah deyir: “Namazında səsini çox yüksəltmə, çox da qısma,” heç eşidilmir və bir çox insan da bunu səhv bilir. Öz dediyini eşitsə, yanındakı insan da onu eşidər. Yanında olan insanın eşidəcəyi kimi olmalıdır. “…bu ikisi arasında (orta) bir yol tut. Və de ki: “Tərif (həmd), övlad götürməyən,” hz. İsa (ə.s) Allahın uşağı deyil. “…övlad götürməyən, mülkdə şəriki olmayan və aciz olmadığı üçün (ehtiyacı) olmayan Allahadır.” İnsanlar acizləşə bilirlər. Allah heç bir zaman aciz olmaz, heç bir şəkildə yatmaz, heç bir şəkildə acizliyə düşməz, sonsuz gücə malikdir.
I “Və Onu təkbir edə bildikcə təkbir et.” Allahu Kəbir, inşaAllah. “Onu təkbir edə bildikcə təkbir et.” Azanda Allah təkbir edilir, namazda təkbir edilir, inşaAllah. Ucalığını, böyüklüyünü demiş oluruq, inşaAllah. Mənəvi cəhətdən böyükdür Allah. Çünki Allah zaman və məkandan münəzzəhdir. Zaman və məkan bizim üçündür, inşaAllah. Allah həm zamanın içindədir, həm xaricindədir. Həm məkanın içindədir, həm xaricindədir. Hər yeri əhatə etmişdir, təcəllisi olaraq, Zatı deyil. Zatını biz heç bir zaman bilməyəcəyik. Axirətdə də sonsuza qədər bilməyəcəyik. Zatını ancaq Özü bilər Allah. Allahın Özünü bildiyi kimi bilmərik. Allahın bizim bilməyimizi istədiyi qədər bilərik.

